Ən yaxşı aktyor "Oskar"ını qazanan ilk qaradərili aktyor, Hollivud ulduzu Sidney Poitierin 94 yaşında vəfat etdiyi bildirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əslən Baham adalarından olan Poitier 1927-ci ildə ABŞ-ın Mayami şəhərində anadan olub. 1958-ci ildə “Mühafizəkarlar” filminə görə "Oskar" mükafatına namizəd olduqdan sonra 1963-cü ildə "Tarladakı zanbaqlar" filminə görə ən yaxşı aktyor nominasiyasında "Oskar" qazanıb.
Məşhur latviyalı müğənni sualı verdi.
Rahul Mişra özünün "Devi: The Eternal Muse" adlı kutür kolleksiyasını təqdim etdi...
Penelope Kruz, Xavyer Bardem ilə 16 illik evliliyi haqqında...