Mədəniyyət

  • 2 469

Gəncə Dövlət Dram Teatrında “Cavad xan” tamaşası təqdim olunub - FOTOLAR

image

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və “Cavad xan” Tarix Mədəniyyət Fondunun təşkilatçılığı ilə Gəncədə Cavad xanın məqbərəsi ziyarət edilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Cavad xanın məzarı üzərinə tər çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov eləcə də şəhər mədəniyyət müəssisə rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sonra Gəncə Dövlət Dram Teatrında yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədlinin “Cavad xan” tamaşası təqdim olunub.

Tamaşadan əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Cavad xan rolunu Əməkdar artist Elxan Yunis, Cavad xanın həyat yoldaşını isə Xalq artisti Pərvanə Qurbanova canlandırıblar.
Tamaşa gəncəlilər və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb.

Digər xəbərlər