Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı görkəmli opera müğənnisi Lütfiyar İmanovun anım günü ilə əlaqədar "Unudulmayan sənətkar" adlı videoçarx hazırlayıb. Baş İdarədən SİA-ya bildirilib ki, videoçarxda sənətkarın həyat və yaradıcılığı haqqında məlumatlar yer alıb.
Lütfiyar İmanov 1928-ci il aprelin 17-də Sabirabad rayonunda anadan olub. İlk dəfə məktəbli olarkən −1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınayıb. 18 yaşındaykən dram dərnəyinin rəhbəri olub. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləyib. O, 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirib.
İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəylinin "Koroğlu" operasında baş rolda debüt edib. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1965-ci ildə Moskvada Böyük Teatrda, 1975-ci ildə İtalyanın Milan şəhərində "La Skala" teatrında təcrübə edib. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış edib. İran, İtaliya, Almaniya, Hindistan, Kanada, ABŞ, Türkiyə, bir sıra ərəb ölkələrində və s. qastrol səfərlərində olub.
Sovet dönəmində Azərbaycan Dövlət Konservatoriyasında (professor), 1991-1995-ci illərdə İstanbul və İzmirin opera teatrlarında dərs deyib. 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış edib. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb. 1987-1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olub. 1980 və 1985-ci illərdə Azərbaycan SSR-nın Ali Sovetinin deputatı seçilib.
Lütfiyar İmanov 21 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Sənətçi özünü amerikalı rokçuya bənzəməyə başladığını düşünürdü, amma nəsə səhv getdi..?
Tom Kruz və Bred Pitt arasında baş verən dava internetdə böyük müzakirələrə səbəb olub...