Mədəniyyət

  • 858

“Gəl, ümid” adlı kamera vokal musiqisi axşamı təqdim olunacaq

image

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “BakuOperArt” layihəsi olan “Komm, Hoffnung” (Gəl, ümid!) adlı konsert proqramı təqdim ediləcək. Beynəlxalq Muğam Mərkəzindən SİA-ya bildirilib ki, Bethoven, Şubert və Şumanın əsərlərindən ibarət musiqi layihəsi (Liederabend ) hələ iki il əvvəl dahi alman bəstəkarı Lüdviq Van Bethovenin anadan olmasının 250-ci ildönümü münasibətilə ərsəyə gəlib.

İki istedadlı musiqiçi Fəridə Məmmədova (soprano) və Yuliya Kərimovanın (piano) yaradıcı tandemi düşünülmüş bədii üslub və ciddiliyi baxımından konseptual proqramları ilə diqqəti cəlb edir. Bu dəfə kamera vokal musiqi həvəskarları üçün konsert proqramının böyük hissəsini ilk dəfə Bakıda nümayiş olunacaq əsərlər təşkil edir. Təşkilatçılar konsertin xüsusi ab-havasını yaradan fotoqalereya təqdim etdiyinə görə professor Selvin Daşdəmirovaya (Almaniya) təşəkkür edir.

Konsertə giriş dəvətnamə ilə olacaq.

Digər xəbərlər