Rusiyanın Xalq artisti Leonid Kuravlev vəfat edib. SİA bu barədə TASS-a istinadən xəbər verir.
Rusiya Kinematoqrafçılar İtitfaqından xəbəri təsdiqləyiblər. Qeyd olunur ki, o, 86 yaşında dünyasını dəyişib.
“Leonid Vyaçeslavoviç vəfat edib, biz onun oğlu ilə əlaqədəyik”, - ittifaqdan agentliyə bildirilib.
Aktyorla vida və vəfat mərasiminin tarixi dəqiqləşdirilir.
Aktyor “Afonya”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Görüş yerini dəyişmək olmaz”, “Ən füsunkar və cazibədar”, “Qızıl buzov” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.
Məşhur latviyalı müğənni sualı verdi.
Rahul Mişra özünün "Devi: The Eternal Muse" adlı kutür kolleksiyasını təqdim etdi...
Penelope Kruz, Xavyer Bardem ilə 16 illik evliliyi haqqında...