Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli bəstəkar, xanəndə Əlibaba Məmmədov bu gün Fəxri xiyabanda dəfn olunub. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib.
Dəfn mərasimində mədəniyyət naziri Anar Kərimov, mərhumun ailə üzvləri, bir sıra hökumət və mədəniyyət nümayəndələri iştirak ediblər.
Nazir deyib ki, Əlibaba müəllimin qoyub getdiyi mirası, yaradıcılığı Azərbaycan mədəniyyətinə, muğamına daima öz töhfəsini verəcək. “Biz bu gün muğam sənətimizin keşiyində duran, onu qoruyan, onu bəsləyən bir şəxsiyyəti, sənətkarı itirdik. Əlibaba müəllimin sənəti unudulmaz idi. Onun Azərbaycan mədəniyyətinə, muğamına verdiyi töhfəni xalqımız heç vaxt unutmayacaq”, - Xalq artisti Ramiz Quliyev vurğulayıb.
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...