Belçikalı sürrealist rəssam Rene Maqritin (1898-1967) “İşıq imperiyası” əsəri Londonda 59,4 milyon funta (təqribən 79,8 milyon dollar) satılıb.SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb.1961-ci ildə çəkilmiş bu tabloda toran vaxtı villa təsvir edilib. Evdə artıq işıq, binanın qarşısında isə ağ buludlu parlaq səma ilə tam ziddiyyətdə olan fənər yandırılıb.2009-2020-ci illərdə əsər Brüsseldə Maqrit muzeyində nümayiş olunub. Tablo Belçikanın paytaxtı ilə yanaşı, Paris, Vyana, Milan, Seul, Edinburq və San-Fransiskoda da nümayiş etdirilib. Bu seriyadan digər işlər Venesiya, Nyu-York, Hyuston və Brüssel muzeylərinin kolleksiyalarına daxildir.
sia.az
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...