Mədəniyyət

  • 3 112

Gürcüstanın mədəniyyət xadimlərinin iştirakı ilə tədbir keçirilib - TƏDBİR

image

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Gürcüstanın Bakıya səfər edən tanınmış mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirib. SİA xəbər verir ki, görüş zamanı hər iki ölkənin qədim tarixə və zəngin mədəni irsə sahib olduğu, birgə mədəni tədbirlərin təşkilinin iki ölkə arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

Görüşdə 30 ilə yaxın işğal dövründə Azərbaycanın maddi mədəniyyət nümunələrinə qarşı ermənilər tərəfindən edilən vandalizm və qəddarlıq, hamçinin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində işğaldan azad edilən ərazilərdə aparılan bərpa, quruculuq işləri barədə nümayəndə heyətinə məlumat verilib.

Qeyd edək ki, nümayəndə heyəti 15-17 aprel tarixlərində Gəncə, Füzuli, Cəbrayıl, Şuşa və Ağdam şəhərlərinə səfər edəcək. Nümayəndə heyətinə Gəncəyə atılan raket zərbələri nəticəsində şəhərin dağılmış infrastrukturu, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın maddi mədəni irsinə dəymiş ziyan, o cümlədən mina sahələri və minanın zərərsizləşdirilməsi prosesinin göstərilməsi, yeni istifadəyə verilmiş Füzuli aeroportu, dağıdılmış müsəlman mədəni-tarixi abidələri, Natavanın ev kompleksi, Xan Qızı bulağı, Şuşa Qala divarları, Pənahəli xanın sarayının qalıqları olan ərazi, Bülbülün ev-muzeyi, Cıdır düzü, eləcə də hazırda aparılan quruculuq işləri barədə ətraflı məlumat verilib.

Digər xəbərlər