Mədəniyyət

  • 3 022

Bərpa işləri dərin elmi baza əsasında aparılmalıdır - NAZİR MÜAVİNİ

image

“44 günlük müharibə nəticəsində biz torpaqlarımızı azad edə bildik. Bu gözəl hisləri sözlə ifadə etmək mümkün deyil”. SİA xəbər verir ki, bu sözləri Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Onun sözlərinə görə, tarixi abidələrimiz uzun müddət işğal altında qalmış və məhv edilmişdi: “Bu gün isə bizə bu imkan yaradılıb ki, bu abidələrimizi yenidən bərpa edək. Artıq bu istiqamətdə çox ciddi və intensiv işlər aparılır. Ağıllı şəhər və kəndlər salınır. Tarixi, mədəni abidələrin bərpası vacib məsələlərdən biridir. Biz dünyada da öz mədəniyyətimizlə tanınırıq. Azərbaycan mədəniyyəti çox gözəl və unikal əsərlərlə zəngindir.

Bu gün dağıdılmış irsimizin bərpa olunması və istifadə istiqamətlərinin elmi qənaətlərinin əldə edilməsi çox vacib məsələdir. Bu mənada memarlıq irsimizin elmi tədqiqinə ehtiyac var. Bu işlər dərin elmi baza əsasında aparılmalıdır. Bizim alimlərimiz bu istiqamətdə praktik şəkildə iştirak etməlidir. Qarabağın zəngin memarlıq irsinin bərpası və qorunmasına həsr edilən bu konfrans çox böyük əhəmiyyətə sahibdir. Konfrans çərçivəsində bir çox istiqamətlərdə müzakirələr aparılacaq, hər kəs uğurlar diləyirəm”.

Digər xəbərlər