Mədəniyyət

  • 4 248

Dostluq və qardaşlığımızı davam etdiririk

image

Bu gün Heydər Əliyev Sarayında 23 aprel milli suverenlik və uşaq bayramı ilə əlaqədar tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini Muxtar Məmmədov da iştirak edib. O, çıxışı zamanı iki dövlətin dostluğunun gələcək nəsillərə də ötürülməsinin vacibliyini vurğulayıb.

“Ulu Öndər Heydər Əliyev hər zaman uşaqların sərvətimiz olduğunu qeyd edib. O, uşaqlarımızı necə tərbiyə edəcəyiksə, gələcəyimizin də o cür formalaşacağını bildirib. Bu gün biz iki böyük öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün bizə buraxdığı mirasla və bizim gələcəyi ifadə edən strateji ifadələr əsasında öz dostluğumuzu, qardaşlığımızı davam etdiririk. Dünyada iki elə dövlət yoxdur ki, Azərbaycan və Türkiyə kimi hər bir mövzuda ortaq, qardaş olsunlar. İstər xoş gündə, istərsə də kədərdə biri-birinin yanında olan ayrı iki dövlət daha yoxdur. Biz bundan iki il öncə Vətən müharibəsi zamanı bir daha Azərbaycanla Türkiyənin biri-birinə necə möhkəm bağlarla bağlı olduğunun şahidi olduq.

Bizim gələcəyimiz isə uşaqlardır. Ona görə də bu qardaşlığı uşaqlarımıza aşılamaq vacib şərtdir. Bu gün isə onların bayramlarıdır. Nəinki bu gün burda olan, dünyanın istənilən hissəsində olan uşaqların bayramını təbrik edirəm”.

Digər xəbərlər