Mədəniyyət

  • 4 158

23 aprel milli suverənlik və uşaq bayramı keçirilib - FOTOLAR

image

Bu gün Heydər Əliyev Sarayında 23 aprel milli suverenlik və uşaq bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbir başlamazdan əvvəl qonaqlar sərgi ilə tanış olublar.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və Təhsil nazirinin müavini Muxtar Məmmədov iştirak edib. Tədbirin açılışında hər iki ölkənin himnləri uşaqlardan ibarət xor qrupu tərəfindən səsləndirilib.

Daha sonra isə Təhsil nazirinin müavini Muxtar Məmmədov bu cür tədbirin keçirilməsinin hər iki ölkənin uşaqlarının dost olaraq böyüməsində mühüm əhəmiyyətə sahib olduğunu deyib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə çıxışı zamanı milli suverenliyin nə qədər vacib bir məsələ olması və bunun uşaqlara izah edilməsinin də vacibliyini vurğulayıb.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra isə müxtəlif uşaq qrupları tərəfindən rəqs və musiqi nümunələri ifa olunub.

Sonda isə xatirə şəkli çəkilib.

Digər xəbərlər