Mədəniyyət

  • 3 644

“Young Lions Azerbaijan 2022” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

image

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Young Lions Azerbaijan 2022” müsabiqəsinin finalı keçirilib. SİA xəbər verir ki, festivalın gənc reklam mütəxəssisləri üçün nəzərdə tutulan “Young Lions” adlı mərhələsi artıq ikinci dəfədir ölkəmizdə təşkil olunub. 1955-ci ildən bəri reallaşan bu müsabiqədə 30 yaşadək yaradıcı şəxslər iki komanda şəklində iştirak ediblər. Müsabiqədə komandalar “çap” və “videoçarx” kateqoriyaları üzrə yarışıblar.

Tədbirdə Mədəniyyət Nazirliyinin yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov çıxış edərək layihənin ərsəyə gəlməsindən söhbət açaraq deyib: “Reklam sahəsi yaradıcı sahədir və bu sahənin dəstəklənməsi bizim başlıca məqsədimizdir. Çalışırıq ki, yaradıcı insanlara hər cür şərait yaradılsın və onlar inkişaf edə bilsinlər”.

Bu il ölkəmizdə “Şuşa İli” ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini vurğulayan R.Abbəkirov komandaların seçimində sırf mədəniyyətlə bağlı bu mövzuda tapşırıqların verildiyini qeyd edərək müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib.

Sonra Yaradıcı Sənayelər Federasiyasının rəhbəri Vasif Eyvazzadə sülhün mədəniyyət dünyası üçün vacib anlam olduğunu vurğulayaraq deyib ki, sülh varsa, mədəniyyət var. Sonra o, bütün komandaları və tədbir iştirakçılarını təbrik edərək uğurlar arzulayıb.

Sonda “çap” və “videoçarx” kateqoriya üzrə qalib komandaların iştirakçıları mükafatlandırılıblar.

Digər xəbərlər