Mədəniyyət

  • 3 381

Şuşada V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçiriləcək

image

Şuşada V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçiriləcək. SİA xəbər verir ki, Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli ilə bağlı Tədbirlər Planı”na əsasən V Xarıbülbül Beynəlxalq Folklor Festivalı təşkil olunacaq.

Festivalın 2022-ci il 12-14 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulub.

İlk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival II Qarabağ müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilib.

Cari ildə keçiriləcək sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

Digər xəbərlər