Mədəniyyət

  • 8 241

Heydər Əliyev Mərkəzində “Rezanın daxili Odisseyası” adlı fotosərgi açılıb

image

İyunun 28-də Heydər Əliyev Mərkəzində “Rezanın daxili Odisseyası” adlı fotosərginin açılışı olub.SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondu, Fransa Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkil etdiyi sərgi Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilib.Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov sərginin həm mənəvi, həm siyasi dəyərlərini yüksəldən bir sıra məqamları qeyd edib. Bildirib ki, ölkələrimiz arasındakı münasibətlərin tarixi və bugünkü potensialı gələcəkdə ikitərəfli münasibətlərin inkişaf perspektivi üçün böyük imkanların olduğunu sübut edir. Fransanın səfiri Azərbaycanda Türkiyə səfirindən sonra fəaliyyətə başlayan ikinci diplomat olub. Soltan Məmmədov çıxışında, həmçinin 1993-cü ildə Prezident seçilmiş ulu öndər Heydər Əliyevin ilk xarici səfərinin, eləcə də 2003-cü ildə Prezident İlham Əliyevin səfərinin Fransaya olduğunu xatırladıb, bütün bunların Azərbaycanın Fransa ilə münasibətlərə necə önəm verdiyinin bariz nümunəsi olduğunu bildirib.Qeyd edib ki, dünyaşöhrətli fotoqraf Reza Deqati otuz il əvvəl, eləcə də işğaldan azad edilmiş torpaqlarda bu gün həyata keçirilən quruculuq işlərinin təsvirini, mənzərəsini fotoyaddaşa köçürən bir sənətkardır. Bu işləri Reza Deqati, həmçinin dünya ictimaiyyətinə çatdırır.Fransanın Azərbaycandakı səfiri Zakari Qros çıxışında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlərin inkişaf etdiyini bildirib. Vurğulayıb ki, bu gün iki ölkənin münasibətləri siyasi, iqtisadi və elmi sahələrdə güclüdür və etimada əsaslanır. Səfir sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.Dünyaşöhrətli fotoqraf Reza Deqati çıxışında 13 yaşından etibarən fotoqrafiya ilə məşğul olmasından danışıb. Qeyd edib ki, indiyədək gəzdiyi ölkələrdə insanların müharibədən çəkdiyi əzab-əziyyətin şahidi olub. Vurğulayıb ki, o özünü hərbi fotojurnalist deyil, sülh carçısı hesab edir.Reza Deqati bildirib ki, bu gün Fransa və Azərbaycanı bu sərgi vasitəsilə bir araya gətirmək onun üçün çox önəmli bir mövzudur. Əslən azərbaycanlı olduğunu deyən Reza Deqati Fransa xalqını da yaxşı tanıdığını bildirib. O, bu sərginin vasitəsilə həm azərbaycanlılara, həm də fransızlara bu iki xalq və ölkə arasında çox-çox yaxınlıq olduğunu göstərmək istədiyini, bu sərginin bir körpü olduğunu deyib.Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.Sərgidə fotoqraf Reza Deqatinin müxtəlif illərdə Azərbaycana və Fransaya səyahətləri zamanı çəkdiyi fotolar yer alıb. Bu əsərlər ziyarətçilərə Azərbaycan və Fransaya poetik və duyğulu səyahət təklif edir.Qeyd edək ki, Reza Deqati bugünədək 100-dən çox ölkəyə səyahət edib. Onun işləri kitablar, sərgilər, “National Georaphic” jurnalı, eləcə də digər beynəlxalq mətbuatda yer alıb.Tanınmış fotoqrafın əsərləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə də təqdim edilib. Fondun təşkilatçılığı ilə Reza Deqatinin əsərləri Parisdə, UNESCO-nun mənzil-qərargahında, Moskvada, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Brüsseldə Avropa Parlamentində nümayiş olunub.Heydər Əliyev Mərkəzindəki “Rezanın daxili Odisseyası” adlı fotosərgi iyulun 27-dək davam edəcək.

sia.az

Digər xəbərlər