PDF Oxu

İqtisadiyyat

  • 4 951

Kirayə mənzillər hansı səbəbdən bahalaşır? - EKSPERT AÇIQLADI

Kirayə mənzillər hansı səbəbdən bahalaşır? - EKSPERT AÇIQLADI

"Kirayə ev qiymətlərinin uzun bir tarixçəsi var. Bizim ölkədə çoxlu urbanizasiya var. Urbanizasiya kənd və rayon əhalisinin böyük şəhərlərə axınıdır. 1990-cı illərin əvvəllərindən etibarən axın ilbəil çoxalır. Əhali çoxaldıqca urbanizasiya da artır. Yəni, daha üstün şəraitdə yaşamaq üçün bir çox vətəndaşlar Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərə köçməyə üstünlük verirlər". Bu sözləri SİA-ya açıqlamasında Əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.Onun sözlərinə görə, digər bir səbəb isə zamanla "Sovetski" və "Kubinka" kimi böyük ərazi vardı: "Burada da daxma evlərdə kasıb ailələr yaşayırdı. Bu məkanlar aztəminatlı ailələrin ehtiyacını ödəyirdi. Zamanla bu kimi yerlər azaldıqca, pilot layihələr inşa olunduqca və təkliflər də azaldıqca qiymətlər də bahalaşdı. Tikinti şirkətlərinin həyata keçirdiyi pilot layihələrin də məsələyə ciddi təsiri oldu.2017-ci ildə köhnə binalar və daxma evlər sökülüb yeni tikililərlə əvəz olunurdu ki, bu zaman da təbii olaraq ehtiyac çoxalırdı. Hər hansı bir pilot layihə həyata keçirildikdə külli miqdarda əmlak sökülür. Bu zaman da vətəndaşların icarə ehtiyacı artır. Təklif az sayda olanda qiymət qalxır.Elnur Azadov sözlərinə belə davam edib: "Kirayə mənzillərin qiymətinin bahalaşmasının digər bir səbəbi isə tələbələrdir. Avqust ayının sonu və sentyabr ayının əvvəlində tələbələrin şəhərə böyük axını olur. Bu zaman çox insan ciddi şəkildə əmlak çatışmazlığı ilə üzləşir. Təbii ki, açıq bazardır və hər kəs əmlakını fərqli qiymətə icarəyə verir. Bu kimi amillərin hamısı və bütün dünyada olduğu kimi, daşınmaz əmlakın özünün bahalaşması kirayə evlərin qiymətinin artımına səbəb olur".

Ayşən Vəli

Digər xəbərlər