İqtisadiyyat

  • 2 623

Azərbaycanda sənaye istehsalı 20 % azalıb

image

Bu ilin yanvar ayında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 5,2 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 20 % az sənaye məhsulu istehsal edb. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 2,5 % azalıb, qeyri neft-qaz sektorunda 8,9 % artıb.Sənaye məhsulunun 66,6 %-i mədənçıxarma sektorunda, 27,1 %-i emal sektorunda, 5,6 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,3 % azalıb, əmtəəlik qaz hasilatı isə 4,2 % artıb.Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,1 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 67,9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 54,1 %, metallurgiya sənayesi məhsullarının istehsalı 48,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 41 %, mebel istehsalı 40,5 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 35 %, tikinti materiallarının istehsalı 34,5 %, tütün məmulatlarının istehsalı 28,3 %, geyim istehsalı 27,5 %, elektrik avadanlıqlarının istehsalı 24,9 %, hazır metal məmulatlarının istehsalı 18,3 %, toxuculuq sənayesi məhsullarının istehsalı 18 %, qida məhsullarının istehsalı 8,7 %, içkilərin istehsalı 6,3 % artıb, poliqrafiya məhsullarının istehsalı 0,8%, kağız və karton istehsalı 1,3 %, kimya sənayesi məhsullarının istehsalı 1,4 %, neft məhsullarının istehsalı 9,6 %, sair sənaye məhsullarının istehsalı 13,7 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,4 %, sair nəqliyyat vasitələrinin istehsalı 66,5 % azalıb.Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 11 % azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 % artıb.

Digər xəbərlər