PDF Oxu

İqtisadiyyat

  • 3 821

“Azərkosmos”un ixrac gəlirləri 17 % azalıb

“Azərkosmos”un ixrac gəlirləri 17 % azalıb

Bu ilin yanvar-fevral aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 45 ölkəyə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın mart buraxılışında bildirilir.Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6 ölkə çox və 0,6milyon ABŞ dolları (16,7 %) azdır.2 ay ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 %-ni təşkil edib.Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk 5-liyində isə 886,1 min ABŞ dolları ilə Böyük Britaniya, 650,3 minABŞ dolları ilə Lüksemburq, 219,1 min ABŞ dolları ilə BƏƏ, 139,1 min ABŞ dolları ilə Pakistan və 135,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.Təkcə fevralda isə “Azərkosmos” 41 ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Digər xəbərlər

Avropa Mərkəzi Bankının rəhbəri Putinə güclü bir mesaj çatdırdı
Avropa Mərkəzi Bankının rəhbəri Putinə güclü bir mesaj çatdırdı

Kristin Laqard Rusiya maliyyə nazirinə Ukraynadakı müharibə ilə bağlı fikirlərini bildirdi...

“Rosatom” Qazaxıstanda müqavilələrini itirir
“Rosatom” Qazaxıstanda müqavilələrini itirir

Rusiya qurumları ilə əməkdaşlıq çox riskli hala gəldi...

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb
Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb

Ukraynanın yeraltı anbarlarında qaz ehtiyatları 16 milyard kubmetrə çatıb...

Si Cinpinin ambisiyaları Çin iqtisadiyyatını tələyə salır...
Si Cinpinin ambisiyaları Çin iqtisadiyyatını tələyə salır...

Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…