Yeni Azərbaycan Partiyasının VIII Qurultayında irəli sürülən məsələlərin müzakirəsi və qarşıda duran vəzifələrin partiya üzvlərinə çatdırılması məqsədilə YAP Ağcabədi rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir.
YAP Ağcabədi rayon təşkilatının Ağcabədi “ASAN xidmət” mərkəzi və Ağcabədi Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər keçirilib. Tədbirlərdə əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Natiq vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin və yaranmış yeni reallıqların siyasi və təşkilati baxımdan qiymətləndirilməsi, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşlərdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqinin əhəmiyyətindən, partiyanın qarşısında duran əsas vəzifələrdən və ölkəmizin davamlı inkişafı naminə müəyyənləşdirilən prioritet istiqamətlərdən bəhs edib.
Çıxış edən natiqlər – Ağcabədi “ASAN xidmət” mərkəzinin direktoru Rəhim Qarayev, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi, Qurultay nümayəndəsi Radə Qafarova, Avşar Ərazi Partiya Təşkilatının sədri, qurultay nümayəndəsi Günay Camalxanova, Ağcabədi Mərkəzi Xəstəxanasının direktoru Elnur Abdullayev, ərazi partiya təşkilatının sədri Azad Hüseynov, həkimlər Pərvin Mirzəyeva və Hüseyn Malışov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində irəli sürülən müddəaların əhəmiyyətindən bəhs edərək qarşıya qoyulan hədəflərin reallaşdırılması, partiya üzvlərinin üzərinə düşən vəzifələr və bu istiqamətdə həyata keçiriləcək tədbirlər barədə fikirlərini bölüşüblər. Görüşlər zamanı ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, partiya üzvləri ilə işin təkmilləşdirilməsi və VIII Qurultayda irəli sürülən vəzifələrin yerinə yetirilməsi istiqamətində müzakirələr aparılıb. Bildirilib ki, bu cür görüşlər partiya üzvlərinin məlumatlandırılması, qarşıda duran vəzifələrin izahı və təşkilati fəaliyyətin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Haradasa bir şey mütləq partlayacaq…