Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının 1, 9, 11 və 12 saylı Ərazi Partiya Təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş silsilə yığıncaqlar keçirilib.
Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncaqlarda YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, təşkilatın əməkdaşları Şəmməd Şəmmədov və Cavid İsmayılov, Ağcabədi şəhər 1 saylı Ərazi Partiya Təşkilatının sədri Samirə Nəsirova, 9 saylı Ərazi Partiya Təşkilatının sədri Rizvan Quliyev, 11 saylı Ərazi Partiya Təşkilatının sədri Sevda Gülmalıyeva, 12 saylı Ərazi Partiya Təşkilatının sədri Yeganə Aslanova, eləcə də partiya fəalları Afaq Əsgərova, Səadət Məhərrəmova, Xalid Hacıyev və Sevil Hacıyeva çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində irəli sürdüyü mühüm fikirlər və strateji çağırışlar yüksək qiymətləndirilib. Ölkəmizin davamlı inkişafının təmin olunması, milli maraqlarımızın qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və gələcək hədəflərimizin müəyyənləşdirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, dövlət başçısının müəyyən etdiyi strateji hədəflər Azərbaycanın daha da güclənməsinə, xalqımızın rifahının yüksəlməsinə və ölkəmizin qarşısında duran məqsədlərin uğurla həyata keçirilməsinə xidmət edir.
Natiqlər YAP-ın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu mühüm tarixi mərhələdə keçirilməsinin xüsusi siyasi əhəmiyyət daşıdığını bildiriblər. Qurultayda səsləndirilən fikirlərin dərindən öyrənilməsinin, partiya üzvlərinə çatdırılmasının və gündəlik fəaliyyət zamanı rəhbər tutulmasının vacibliyi diqqətə çatdırılıb. Yığıncaqlarda vurğulanıb ki, hər bir partiya üzvü üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, təşəbbüskarlığı və fəallığı ilə qurultayda müəyyənləşdirilən strateji hədəflərin reallaşdırılmasına töhfə verməlidir. Eyni zamanda, partiya sıralarında birliyin və həmrəyliyin möhkəmləndirilməsi, təşkilati işlərin təkmilləşdirilməsi və dövlət siyasətinin prioritet istiqamətlərinin təbliği istiqamətində fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Haradasa bir şey mütləq partlayacaq…