Bu ilin mart ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 619 min 492 səfər həyata keçirilib. SİA bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir.Məlumata görə, səfərlərin 584 min 696-sı Abşeron dairəvi, 30 min 454-ü Bakı-Ağstafa-Bakı və 4 min 342-si Bakı-Qəbələ-Bakı marşrutu üzrə reallaşdırılıb.