İqtisadiyyat

  • 2 815

Azərbaycan martda OPEC kvotasını 87,3 % istifadə edib

image

Bu ilin mart ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 605 min barel olub. SİA-nın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 481 min barelini xam neft, 124 min barelini kondensat təşkil edib.Bununla da Azərbaycan OPEC kvotasını 87,3 % istifadə edib.Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Digər xəbərlər