PDF Oxu

İqtisadiyyat

  • 4 410

“Qeyri-neft sektoru artıq iqtisadiyyatın drayverinə çevrilib“ - DEPUTAT FİKİR BİLDİRDİ

image

“Qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir. Son illərdə qeyri-neft sektorunun iqtisadi artımda rolunun və töhfəsinin artmasını müşahidə edirik. Praktik olaraq qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımdan iki dəfə çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, göstəricilər ondan xəbər verir ki, qeyri-neft sektorunun bu gün iqtisadi inkişafdakı artımı stimullaşdıran faktordur: “Qeyri-neft sektoru artıq iqtisadiyyatın drayverinə çevrilib. Bu konteksdən təbii ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər sistemləşdirilib, daha da dərinləşmiş islahatlar həyata keçirilir. Bu da sözsüz ki, iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır.Bu il ölkəmizdə keçiriləcək beynəlxalq əhəmiyyətli COP29 konfransı da ölkə iqtisadiyyatına öz töhfəsini verəcək. Azərbaycan iqtisadi potensialının təqdim olunması baxımından da bu konfrans olduqca vacibdir. Çünki nəticə etibarilə COP29 dünyanın iştirakçı sayına görə dünyanın ən böyük tədbiri hesab olunur. Bu da Azərbaycanın potensialının təqdiminə imkan yaradacaq ki, bu da nəticə etibarilə qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaradacaq”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər

Reuters: Kreml tərəfdarları arasında belə narazılıq artır

Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...

“Barrel” əməliyyatı: Rusiyada minlərlə ton neft məhv edilib

Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...

Rusiyada əmlakın müsadirə edilməsinin yeni bir üsulu tətbiq edilib

Kreml yanacaqdoldurma məntəqələri şəbəkələrini öz üzərinə götürüb...