İqtisadiyyat

  • 1 020

"Bu qadağalar avtomobillərin qiymətini ucuzlaşdıracaq" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Bu gün, iyulun 1-dən hər hansı bir nəqliyyat vasitəsinin buraxılış ili 15 ildən yuxarıdırsa, onların taksi fəaliyyəti ilə məşğul olmasına ümumiyyətlə icazə verilməyəcək". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.O bildirib ki, amma 8 yaşdan yuxarı olan nəqliyyat vasitələri üçün buraxılış kartı verilməyəcək: "Bunlar iyulun 1-dən qüvvəyə minəcək hadisələr, prosesdir.Qaldı ki, hansı nəqliyyat vasitələrinə aid olmasına, burada konkret marka adı yoxdur. Element olaraq ayrı-seçkilik yoxdur. Amma fərd olaraq yaşı böyük olmamalı, buraxılış ili yeni olmalıdır. Ağ və qırmızı avtomobillər icazəlidir. Daha sonra onların texniki parametrləri müəyyən parametrlərə cavab verməli, kondisionerli olmalı, taksometr quraşdırmağa yeri olmalı, "No smoking" işarəsi olmalı, daha sonra tormoz sistemi mükəmməl olmalıdır. Düzdür tormoz sisteminin mükəmməl olması bənd kimi yoxdur, amma verilən tövsiyələr içində bu da əsasdır. Çünki digər nəqliyyat vasitələrində qəzalarla bağlı belə xoşagəlməzliklər var idi.Bu qadağalar avtomobillərin qiymətini, əlbəttə ki, ucuzlaşdıracaq. Hal-hazırda avtomobillərin qiymətlərində yarıbayarı enmələr var. Bu, təbii ki, ekonom sinif priuslara aiddir. Ona görə də böyük bir fərq var. Bununla bağlı nəyisə demək doğru deyil. Avtomobillərin bu sahədə qiymətlərinin daha da ucuzlaşacağı bəzən insanların xoflanmasına, birmənalı qarşılanmamasına gətirib çıxarır. İnsanlar bu prosesi həyəcanlı şəkildə qəbul edirlər. Ona görə də bəzən olur ki, kimsə avtomobilini dəyər-dəyməzinə satır. Belə hallar baş verə bilər. Yenə də səbrli olmaq lazımdır. Müəyyən qədər az zaman kəsiyindən sonra bu məsələlər öz həllini tapacaqdır".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər