Ötən il Azərbaycanda 14,8 milyon ton tranzit yük daşınıb. SİA xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.O bildirib ki, dəmir yolu vasitəsilə daşınan tranzit yüklərin həcmi rekord həddə çataraq 7,3 milyon ton olub:"Hava nəqliyyatı ilə sərnişin daşıma əvvəlki illə müqayisədə 31% artıb və rekord həddə çatıb. Yəni 7,5 milyon sərnişinə xidmət göstərilib. Metroda sərnişin daşıma pandemiyadan sonra ən yüksək həddə, yəni 30 milyon nəfərə yüksəlib. Avtobuslar vasitəsilə daşınan sərnişin sayı illik 20% artaraq 148 milyon nəfərə çatıb".
Büdcə kəsiri 2025-ci ildəkindən təxminən iki dəfə çox ola bilər...
Asiyanın bütün ən böyük iqtisadiyyatları mayeləşdirilmiş təbii qaz idxalını artırıb...
Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...