PDF Oxu

İqtisadiyyat

  • 2 541

"Bahalı həyat tərzi psixoloji yük yaradır" - SOSİOLOQ DANIŞDI

image

"Bahalı həyat tərzi sosial təzyiq yaradır, həm də bizim düşündüyümüzdən daha mübahisəli dərəcədə təsir göstərir. İnsan təbiəti etibarilə özünü hər zaman başqaları ilə müqayisə edir". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.Onun sözlərinə görə, müasir dövrün insanları olaraq hər birimiz sosial şəbəkələrdən istifadə edirik: " Sosial mediada lüks evlərin, bahalı maşınların, dəbdəbəli istirahətlərin nümayişi normaya çevrildikcə, orta gəlirli insanlarda “geridə qalmışam” hissi yaranır. Bu hiss isə daxili narahatlıq və özünə dəyər itkisinə səbəb olur.Hər kəsin gözüylə gördüyü “status nümayişi” bahalı həyat tərzini tədricən ehtiyac yox, status göstəricisi kimi qəbul etdirir. Bu halda insanlar imkanlarından artıq xərcləməyə, kreditlə yaşamağa və real imkanlarını gizlətməyə məcbur qalırlar. Artıq bu, sosial yox, psixoloji yükə çevrilir. Xüsusilə bunun gənclər üzərində təsiri daha acınacaqlıdır. Bəzi mənəvi cəhətdən özgüvənli, özünə inamı az olan gənclər isə “Dəyərli olmaq üçün bahalı yaşamalısan” düşüncəsini formalaşdırırlar.Bu zaman qarşımızda zəhməti, biliyi və mənəvi dəyərləri arxa plana keçirən, səbrsiz və tez nəticə istəyən bir nəsil formalaşır. Bu isə ailədə və ailədaxili münasibətlərdə böyük gərginlik yaradır. Bahalı həyat gözləntisi digər fəsadlara da yol açır: evlilik qərarlarını gecikdirir, ailə daxili mübahisələri artırır və həyatı “başqasının həyatına çatmaq” yarışına çevirir.Cəmiyyətdə yaranan bu süni norma, yəni lüks həyat tərzi, media və sosial şəbəkələr vasitəsilə hamıya norma kimi təqdim olunur. Nəticə etibarilə sadə və balanslı həyat “uğursuzluq” kimi qavranılır. Problem isə bahalı yaşamaq deyil, bahalı yaşamağın yeganə “uğur modeli” kimi təqdim olunmasıdır. Cəmiyyətin sağlam qalması üçün dəyərlər maddi göstəricilərlə deyil, mənəvi və sosial ölçülərlə tanınmalıdır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...