Yaxın Şərqdəki müharibə daha bir həyati əhəmiyyətli sənayeyə zərbə vurdu. Çap dövrə lövhələri üçün vacib xammalın təchizatı dayandırılıb. Bunlar smartfonlardan tutmuş süni intellekt serverlərinə qədər demək olar ki, bütün müasir elektron cihazlarda istifadə olunur.
Bu, yaddaş çiplərinin qiymətlərinin artması ilə mübarizə aparan elektronika istehsalçılarına daha bir zərbədir. ABŞ və İsrailin İrana hücumları təchizat zəncirlərində, plastik və neft bazarlarında xaosa səbəb oldu.
İran aprelin əvvəlində Səudiyyə Ərəbistanındakı Cubail neft-kimya kompleksinə zərbə endirdi və yüksək təmizlikli polifenilen efir qətranının istehsalını dayandırmağa məcbur etdi. Bu, çap dövrə lövhəsi laminatlarının hazırlanmasında istifadə olunan vacib materialdır.
“Reuters”-in mənbəsinə görə, Cubail kompleksində fəaliyyət göstərən SABIC istehsalını bərpa edə bilməyiblər və bu materialın dünya miqyasında mövcudluğunu əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Şirkət qlobal yüksək təmizlikli FPE təchizatının təxminən 70 faizini təşkil edir.
Çap olunmuş elektron lövhələrin qiymətləri ötən ilin sonlarında, Yaxın Şərq münaqişəsi kəskinləşməmişdən əvvəl də artmağa başlamışdı.
Lakin, istehsalçılar xammal tədarükünü təmin etməyə və sürətlə artan xərclərin təsirini azaltmağa çalışdıqları üçün mart ayından bəri tələbat kəskin şəkildə artıb.
“Goldman Sachs” analitikləri son hesabatlarında çap olunmuş elektron lövhələrin qiymətlərinin mart ayı ilə müqayisədə aprel ayında 40 faiz artdığını qeyd ediblər. Bu arada, bulud xidməti təminatçıları tələbatın təklifi üstələyəcəyini gözlədikləri üçün daha da artımları qəbul etməyə hazırdırlar.
Sadə dillə desək, qiymətlər artmağa davam edəcək. Və istehlakçılar bunun bədəlini ödəyəcəklər.
“Prismark”-ın son hesabatına görə, qlobal çap olunmuş elektron lövhələr bazarının 2026-cı ildə 12,5 faiz artaraq 95,8 milyard dollara çatacağı proqnozlaşdırılır.
Cənubi Koreyanın lövhə istehsalçısı Daeduck Electronics (müştəriləri arasında Samsung Electronics, SK Hynix və AMD var) şirkətinin yüksək vəzifəli rəhbəri “Reuters” agentliyinə bildirib ki, şirkət qiymətləri qaldırmaq üçün müştərilərlə danışıqlara başlayıb.
Eyni zamanda, prioritetlər müştəri ehtiyaclarını ödəməkdən təchizatçıların tapılmasına keçib, çünki kimyəvi materialların (məsələn, epoksi qatranı) çatdırılma müddəti 3 həftədən 15 həftəyə qədər artıb.
PCB qiymətlərinin kəskin artması, həmçinin şüşə lif və mis folqa da daxil olmaqla digər əsas materialların çatışmazlığı ilə əlaqədardır. Mis folqa qiymətləri ilin əvvəlindən bəri artıq 30 faiz artıb. Xüsusilə artım mart ayında sürətlənib.
Nvidia şirkətinin əsas PCB təchizatçısı olan Çin şirkətinin- “Victory Giant Technology”-nin məlumatlarına görə, mis çap dövrə lövhəsi istehsalında ümumi xammal xərclərinin təxminən 60 faizini təşkil edir.
Çin şirkəti bu ayın əvvəlində Yaxın Şərqdəki münaqişənin qatran və mis də daxil olmaqla əsas materialların qiymətlərini artıra biləcəyi barədə xəbərdarlıq etmişdi.
“Victory Giant”-a görə, çoxqatlı çap dövrə lövhələrinin qiyməti kvadrat metrə təxminən 1394 yuan (204 dollar) ola bilər, süni intellekt serverləri üçün daha bahalı modellər isə təxminən 10 dəfə baha, təxminən 13475 yuandır.
Lakin, şərhlərə əsasən, qiymətlərin azaldılması və ya hətta sənayedəki vəziyyəti sabitləşdirmək üçün çox perspektiv görmürlər.
Aydındır ki, çox şey münaqişənin nə vaxt həll olunacağından asılı olacaq. Lakin hətta bu halda belə, artıq aydın olduğu kimi, sabitləşmə ən azı bir neçə ay çəkəcək.
Elçin Bayramlı
Rusiya xammal şirkətləri və bəzi banklar zərbə alacaq...
Hərbi xərclər Kremlin nəzarətindən çıxıb...
Dron hücumları səbəbindən...