PDF Oxu

İqtisadiyyat

  • 21

Dövlət Neft Şirkətində nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin hesablanması metodikası hazırlanır

Dövlət Neft Şirkətində nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin hesablanması metodikası hazırlanır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) istehsalat sahələrindəki nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin hesablanması metodikası hazırlanır.

AzərTAc xəbər verir ki, ARDNŞ-in nəqliyyat parkının ildən -ilə yeniləşdiyi və həmin nəqliyyatdan atılmaların konsentrasiyalarının standartlara yaxın olması, şirkətin nəqliyyat vasitələri üçün yeni metodikanın işlənməsini zəruri etmişdir.

Bununla əlaqədar Ekologiya İdarəsində ARDNŞ-in nəqliyyat və xüsusi texnikası üçün yeni əmsalların təyin edilməsi məqsədilə xüsusi metodikanın hazırlanması işləri aparılır.

Belə bir metodikanın hazırlanmasına idarədə yaradılmış maddi-texniki baza imkan verir. Hazırda bütün aidiyyəti ölçmə işləri aparılmış, lazımi məlumatlar müəssisələrdən alınmış, təhlil edilərək metodikanın hazırlanmasına başlanmışdır.

AzərTAc

Digər xəbərlər