Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
AzərTAc xəbər verir ki, noyabrın 27-də dəmir yolunun Zəyəm-Dəllər mənzilində 12,3 kilometr yolun əsaslı təmirinə başlanılmışdır. Təmir işləri on gün davam edəcəkdir.
Ümumiyyətlə, dəmir yolunun 317 kilometr hissəsinin təmiri dekabr ayının ikinci ongünlüyündə başa çatacaqdır.
Yolda əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmış, bu günə kimi 301 kilometr yol əsaslı təmir olunmuşdur. Yolun 240 kilometrinin 800 metrlik uzun ölçülü relslərlə əvəzlənməsi başa çatmışdır.
Yolun təmir ardıcıllığı müvafiq cədvələ uyğun həyata keçirilir. Təmir prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...