Ağsu rayonunda 4270 nəfərdən çox sakini olan Gəgəli kəndində təbii qaz təsərrüfatı yenidən qurulur.
Rayon qaz istismar sahəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, kəndin qazlaşdırılması son illərdə burada həyata keçirilən ən iri sosial layihədir. Qeyd edək ki, əsas boru kəmərindən kəndədək 6 kilometr məsafədə xəttin çəkilişi başa çatdırılıb. Kənddaxili xətlərdə isə işlərin 80 faizi görülüb.
Gəgəli kəndinə təbii qazın cari ilin ikinci yarısınadək verilməsi nəzərdə tutulub.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...