İqtisadiyyat

  • 3 991

"Azərbaycanda liberal iqtisadiyyatın inkişafı ciddi şəkildə təşviq edilir" RƏY - ÖZƏL

image

“Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində respublikamızda çox gözəl biznes mühiti formalaşıb ki, bu da həm sahibkarlar, həm də beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Süleymanov deyib.Azərbaycanda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amillərin olduğunu söyləyən deputat bildirib ki, təkcə bütün ölkə boyunca yaradılan yüksək səviyyəli infrastruktur buna bariz nümunədir.T.Süleymanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə müstəqil Azərbaycanın həyatı digər müsbət reallıqlarla yanaşı, həm də müasir infrastruktur quruculuğu ilə səciyyələnib.Deputat qeyd edib ki, bu gün Azərbaycan Respublikası infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasında yer alır: “Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan müxtəlif təyinatlı infrastruktur obyektləri bundan sonra onilliklər boyu Azərbaycan xalqına və dövlətinə xidmət göstərəcək. Yeni iqtisadi şəraitdə Azərbaycan milli iqtisadiyyatda ağırlıq mərkəzinin tədricən neftdənkənar sektora ötürülməsini təmin etməyi, o cümlədən də özəl bölmədə istehsal imkanlarını artırmağı hədəfləyib”.Ölkəmizdə liberal iqtisadiyyatın inkişafının ciddi şəkildə təşviq edildiyini xüsusi vurğulayan T. Süleymanov əlavə edib ki, Azərbaycanda qanunvericilik bazası qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla təkmilləşdirilir, həm də özəl sektorun maliyyə təminatı möhkəmləndirilir, bütün ölkə üzrə sahibkarların iqtisadi proseslərə daha aktiv şəkildə qoşulmalarına hesablanan layihələr reallaşdırılır”.

sia.az

Digər xəbərlər