İqtisadiyyat

  • 17 356

"Büdcəyə vergidən daxilolmalar 8 milyard civarında nəzərdə tutulub" ÖZƏL - AÇIQLAMA

image

"2020-ci ilin dövlət büdcəsində bu günə kimi rekord həcmdə vergi yığılmaları nəzərdə tutulub. Belə ki, 8 milyarda yaxın dövlət büdcəsinə vergilərdən daxilolmalar nəzərdə tutulmuşdur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü deputat Cavid Osmanov növbəti dövrdə ölkə iqtisadiyyatının artımının əsas hərəkətverici qüvvəsinin hansı sahələri əhatə edəcəyindən danışarkən deyib.Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev bu günlərdə TASS informasiya agentliyinə geniş müsahibə vermiş və müsahibədə bir neçə məsələyə toxunmuşdur, xüsusilə də, koronavirus pandemiyasına qarşı ölkədə aparılan effektli mübarizə tədbirləri haqqında, eyni zamanda post-pandemiya dövrü üçün də perspektivdə olan məsələlərdən danışaraq gələcəkdə Azərbaycan iqtisadiyyatının artımının əsas hərəkətverici qüvvəsinin hansı sahələri əhatə edəcəyindən bəhs etmişdir:"Cənab Prezident İlham Əliyev ilk növbədə qeyri-neft sektorunun inkişafından bəhs etmiş və əlavə olaraq müsahibəsində qeyd etmişdir ki, biz artıq neftin mövcudluğunu unutmalıyıq və iqtisadiyyatımızın digər sahələrini ciddi şəkildə inkişaf etdirməliyik. Eyni zamanda iqtisadiyyatımızın artımının əsas hərəkətverici qüvvəsindən danışarkən burada aşkarlığın həyata keçirilməsi məsələsini də qeyd etmişdir. Bununla da Prezident, kölgə iqtisadiyyatından çıxmağın, vergidən yayınmaların qarşısının alınmasının, qeyri-formal məşğulluğun qarşısının alınmasının və s. bu kimi məsələlərin əhamiyyətini vurğulamışdır. Məhz, Azərbaycan iqtisadiyyatının artımının əsas hərəkətverici qüvvəsi bunlar olmalıdırlar".Cavid Osmanov qeyd edib ki, son tədbirlər ölkəmizdə kölgə iqtisadiyyatına qarşı ciddi mübarizənin aparıldığını göstərir və eyni zamanda qeyri-formal məşğulluğun da qarşısının alındığı müşahidə olunur:"Bununla yanaşı vergidən yayınmaların qarşısı da alınır. Heç də təsadüfi deyil ki, elə 2020-ci ilin dövlət büdcəsində bu günə kimi rekord həcmdə vergi yığılmaları nəzərdə tutulub. Belə ki, 8 milyarda yaxın dövlət büdcəsinə vergilərdən daxilolmalar nəzərdə tutulmuşdur. Bu da qeyd edilən amillərin son dövrlərdə qarşısının alınmasından xəbər verir. Prezident İlham Əliyevin nitqində də konkret olaraq qeyd etdiyi kimi gələcəkdə də aşkarlığın təmin olunması ölkə iqtisadiyyatının artımının əsas hərəkətverici qüvvəsi olacaq və bu sahədə apardığımız mübarizə priortet məsələlərdən birini təşkil edəcək".

sia.az

Digər xəbərlər