İqtisadiyyat

  • 14 362

Şərur rayonunda 19 min 185 ton taxıl tədarük edilib

image

Bu ilin məhsulu üçün Şərur rayonunda 17 min 115 hektar torpaq sahəsində əkin aparılıb. Taxıl tədarükü başa çatıb, 19 min 185 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 39,4 sentner olub.AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda işlər davam etdirilib, 8,5 hektar sahədə yeni meyvə bağları salınıb, 1 hektar meyvə bağında isə bərpa işləri görülüb. Sahibkarlar tərəfindən isə xüsusi mülkiyyətdə olan və həyətyanı torpaq sahələrində 34,2 hektar yeni meyvə bağları salınıb.Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası üçün rayonda əlverişli şərait mövcuddur. Buranın təbii iqlim şəraiti və zəngin bitki örtüyü imkan verir ki, kənd təsərrüfatının gəlirli sahəsi kimi arıçılıq davamlı inkişaf etdirilsin. Hazırda rayondakı 586 arı təsərrüfatında 12 min 935 arı ailəsi vardır.Cari ilin ilk 6 ayı ərzində Şərur şəhərində 35/10 kilovoltluq transformator yarımstansiyasının tikintisi, 3 ictimai yaşayış binasının əsaslı təmiri, Mərasim evinin yenidən qurulması başa çatdırılıb, Məmmədsabir və Muğancıq-Mehrab kəndlərində kompleks quruculuq tədbirləri həyata keçirilib.“Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi və Cəlilkənddə içməli su xətti istifadəyə verilib.
AZƏRTAC

Digər xəbərlər