PDF Oxu

İqtisadiyyat

  • 8 884

Naxçıvanın iqtisadiyyatı 1,9 milyon manat artıb

image

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,7% artaraq 1 840 976,0 min manat təşkil edib. Naxçıvan Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artaraq 3 999,5 manat təşkil edib.Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin yanvar-avqust aylarında sənaye üzrə 758 415,7 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini (müqayisəli qiymətlər üzrə) 1% üstələyib.

sia.az

Digər xəbərlər

“Barrel” əməliyyatı: Rusiyada minlərlə ton neft məhv edilib

Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...

Rusiyada əmlakın müsadirə edilməsinin yeni bir üsulu tətbiq edilib

Kreml yanacaqdoldurma məntəqələri şəbəkələrini öz üzərinə götürüb...