Cari ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları" QSC ilə 476 min 232 sərnişin daşınıb.Bu barədə SİA-ya QSC-dən bildiriblər. Qeyd olunub ki, daşınan sərnişinlərdən 438 min 965 nəfəri və yaxud 92%-i şəhərətrafı qatarların payına düşüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,3% azdır.Pandemiya səbəbindən beynəxalq sərnişin daşıma fəaliyyət göstərməyib. Abşeron yarımadasından kənar daxili sərnişin daşımaları isə 81, 6% azalaraq 37 min 267 nəfər təşkil edib.2021-ci ilin birinci rübündə 3 min 769,6 ton yük daşınıb. Onlardan 1 901,6 ton yük, beynəlxalq daşımalara (idxal - ixrac) aiddir.
sia.az
Ən azından pandemiyadan bəri...
Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...
Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...
Kreml yanacaqdoldurma məntəqələri şəbəkələrini öz üzərinə götürüb...