İqtisadiyyat

  • 1 642

Azərbaycan-Türkiyə Rəqəmsal İnformasiya Forumu təsis ediləcək

image

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytında Rəqəmsal transformasiya üzrə Azərbaycan–Türkiyə İşçi Qrupunun videokonfrans formatında ilk iclası barədə xəbər yayımlayıb.Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, iclasda 2021-ci il sentyabrın 14-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında Rəqəmsal transformasiya üzrə Azərbaycan–Türkiyə İşçi Qrupunun Yol Xəritəsi”ndə qeyd olunan əməkdaşlıq istiqamətləri üzrə 2022–2023-cü illər ərzində görüləcək işlər müzakirə edilib.SİA-nın əldə etdiyi məlumata görə, materialda qeyd olunub ki, iclas zamanı iki ölkə arasında rəqəmsal transformasiya sahəsində həyata keçiriləcək layihələrə özəl sektorun cəlb edilməsi, B2B və B2G formatlarda əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə–Azərbaycan Rəqəmsal Transformasiya Forumunun təsis edilməsi və ilk tədbirin 2022-ci ilin sonunda təşkili qərara alınıb.

sia.az

Digər xəbərlər