İqtisadiyyat

  • 1 915

Azərbaycan etibarlı tərəfdaşdır

image

Yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.Dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalmasına baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib. Bu da Azərbaycanın nə qədər etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Prezident İlham Əliyev bu mərasimdə çıxışı zamanı qeyd etdiyi kimi «Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir”.Bu stansiyanın inşası hesabına təbii qaza qənaətin təmin olunması da reallaşdırılacaqdır. Eyni zamanda ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır.Qeyd edilməlidir ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlər mövcuddur. Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılıb. Bizim ölkələr bir çox sahələrdə uğurla əməkdaşlıq edir.Xalqımız bizim üçün çox ağrılı olan 30 ilə yaxın işğal dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmayıb və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlığın əlamətidir.Təməlqoyma mərasimində həm də bildirilib ki, iqtisadi sahədə ölkələrimiz arasındakı əməkdaşlığın çox böyük perspektivləri vardır. Bizim ölkələr energetika sahəsində OPEC+ formatında fəal əməkdaşlıq edir. OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynamışdır. Bu formatda iştirak edən digər ölkələrlə bərabər biz neftin qiymətinin sabitləşməsinə nail ola bilmişik.Son illərdəki iqtisadi inkişaf sübut etdi ki, Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Bu illər ərzində Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər hər bir investor üçün önəmli rol oynayır. Ona görə də ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir və ölkəmizə 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub.Ölkəmizə sərmayə qoyuluşu davam edir. Bu gün dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın azalması və s. mənfi amillərərə baxmayaraq qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib və Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməli qoyulur. Bu da ölkəmizin növbəti uğurudur.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər