İqtisadiyyat

  • 3 170

Bərdə-Ağdam dəmir yolun xəttində tikinti işlərinin 44 faizi yerinə yetirilib

image

Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir.Dəmir yolu xəttində tikinti işlərinin 44 faizi yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.SİA xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova Ağdama təşkil edilmiş media-turda jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə. layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 km rabitə və işarəvermə sisteminin və 127-yə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Süni mühəndis qurğusuna 3 ədəd körpü, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 88 ədəd suötürücü boru və 33 ədəd ehtiyat keçidi daxildir.Dəmir yolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 13 km ərazi minalardan təmizlənib, 5 km ərazi üçün ANAMA tərəfindən sertifikat təqdim edilib. Tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir."I mərhələ Bərdə, Köçərli və Təzəkənd stansiyaları daxil olmaqla, 20.78 km-lik ərazini əhatə edir. Burada torpaq işləri, suni qurğular və dəmir yolunun üst quruluşu elementləri 100% həcmində tamamlanıb. Bu mərhələdə işlərin ümumi icra vəziyyəti 79% təşkil edir.II mərhələ Təzəkənd və Ağdam stansiyalarını əhatə edən 26.32 km-lik ərazidə həyat keçirilir. Burada torpaq işləri 18%, suni qurğular 12%, dəmir yolunun üst quruluşu elementləri isə 9% həcmində yerinə yetirilib. Bu mərhələnin ümumi icra vəziyyəti 8% - dir.Ərazidə rabitə və işarəvermə sisteminin tikinti-quraşdırma işlərinə başlanılıb", - deyə o əlavə edib.Qeyd edək ki, Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinə Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən start verilib.

sia.az

Digər xəbərlər