PDF Oxu

Müsahibə

  • 6

“Əli Kərimov mövqesiz insandır”

“Əli Kərimov mövqesiz insandır”
- AMİP qurultay keçirəcəyini bəyan etsə də, bunu reallaşdıra bilmir. Bu, partiyadaxili ziddiyyətlərlə bağlıdır?
- Qurultayın keçirilməməsi sırf yer problemi ilə bağlı olub. Ona görə də bu tədbiri gerçəkləşdirə bilmirik. Düşünürəm ki, ilin sonuna qədər bu problem öz həllini tapacaq. O ki qaldı partiyada baş verənlərə burada zidiyyətlər yox, fikir ayrılıqları mövcuddur. Bu da normal haldır.
- Partiyanın qurultayının keçirilməməsi partiyanın nizamnaməsinin tələblərinə zidd deyilmi?
- Bilirsiniz, qurultayın keçirilməsi partiyanın nizamnaməsinə müvafiq olaraq 3 ildən gec olmayaraq nəzərdə tutulub. Sonuncu qurultayımız 2006-ci ildə keçirilib. Burada nizamnaməni pozacaq bir şey yoxdur.
- Etiraf edə bilərsinizmi, AMİP kifayət qədər zəif düşüb, 1998-ci illə müqayisədə fərq var. Bəziləri iddia edir ki, partiya siyasi prooseslərdən kənarlaşıb, yenidən aktiv siyasətə qayıtması tarixin təkərini geri döndərməyə bənziyər?
- Müqayisə aparılarkən, çox şeylərin fərqli olduğunu nəzərə ala bilərik.
- Müxalifət düşərgəsində kifayət qədər partiya sədrləri var ki, müxalifəti bir neçə yerə bölürlər. AXCP (i)-də ADP və AMİP-i müxalifətçi hesab etmədiklərini bəyan edirlər...
- Bilirsiniz, ayrı-ayrı siyasi qüvvələr və ya şəxslər digər partiyaların necə olmasını müəyyən edə bilməzlər. Bu, cəmiyyətin ixtiyarına verilməlidir. Bu gün müxalifətin parçalanmasının səbəblərinin bir tərəfi müxalifət liderlərinin şəxsi maraqlarına aiddir. Çünki müxalifət partiyalarının maliyyə mənbəyi xaricdən axdığına görə, təbii ki, həmin dövrələrin maraqlarına uyğun fəaliyyət göstərmək məcburiyyətində qalırlar.
- Əli Kərimov açıqlamasında bildirib ki, "Azadlıq" bloku Müsavatdan və AXCP (i)-dən ibarətdir...
- Qeyri-ciddi açıqlamalara şərh vermək istəmirəm. Çünki özlərini güclü müxalifət hesab edənlərin arxasında 3-5 nəfər yoxdur. Toplaşıb hər hansı məsələ ətrafında müzakirə apara bilmirlər. Buyurub öz müxalifətçiliklərini göstərsinlər. Mətbuatda cəngavərlik etməyi hər kəs bacarar. Hansı radikallar ölkənin ictimai-siyasi həyatında nə kimi təsirə malikdir. Bunların dediyi sabun köpüyü və boğazdan yuxarı deyilmiş fikirlərdir.
- AXCP (i) və Müsavatın cəmiyyətdəki gücünü müşahidə edirsiniz?
- "Azadlıq" blokunda təmsil olunan siyasi qüvvələr artıq ölmüş partiyalardır. Həmin partiyalarla "Tərəqqi" partiyasının heç bir fərqi yoxdur. "Azadlıq" blokunu adıçəkilən partiya ilə müqayisə etsək, deyərdim ki, Çingiz bəy onlardan güclüdür.
- Keçmiş rəqibiniz Əli Əliyev "Azadlıq" blokunda təmsil olunduğuna görə belə dediniz, yoxsa konkret faktınız var?
- Ə.Əliyev nə vaxtdan AMİP-ə rəqib olub? O, bizim üçün düşmən anlamı yaratmır.
- Ə.Kərimovun sizə qarşı olan məlum mövqeyini Ə.Əliyevin sizə qarşı vaxtında göstərdiyi münasibətilə əlaqələndirmək olar?
- Ə.Kərimovun nə vaxtdan mövqeyi olub ki? O, mövqesiz insandır. Ona görə də, mövqeyinin mənasını indiyə qədər müşahidə etməmişəm.
- Siz onu ikiüzlülükdə günahlandırırsınız, yoxsa...
- Çoxüzlülükdə.
- Kifayət qədər ciddi ittihamlar səsləndirirsiniz. Bundan narahat deyilsiniz ki?
-  Ə.Kərimovun  çoxüzlü olmasının birinci göstəricisi öz sədrinə, liderinə müavin ola-ola, ona qarşı daxildə kin-küdurət yaratması, ona qarşı işləməsi, hətta mətbuatda ona qarşı təxribat yazılarını dərc etdirməsi, ardınca bir sıra qüvvələrlə danşıqları pozandan sonra hansı vəziyyətə salınması, xaricin dəstəyi ilə müəyyən təxribat hərəkətlərini misal çəkmək olar. Ə.Kərimov bu gün burdadır, səhər onu başqa siyasi qüvvənin qucağında görmək mümkündür. Ona görə də, onu siyasətçi kimi tanımıram.
- Qucağında deyəndə, siz fikrinizi hansı mənada ifadə edirsiniz?
- Bunu kim hansı mənaya yozursa yozsun, amma hər kəs öz gördüyünə uyğun məna çıxara bilər.

Digər xəbərlər