PDF Oxu

Müsahibə

  • 2 101

Xarici neft şirkəti - "Bahar Energy" işçilərin hüquqlarını necə pozur...

image

"Milli Şura"nın sonudur

Təhmasib Novruzov: "Milli Şura" 139 nəfərdən 21 nəfərə enibsə, yaxın zamanlarda 21 nəfərdən 5-6 nəfərə enərək rüsvayçı bir vəziyyətə düşəcəkdir"

Müsahibimiz Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzovdur

- "Milli Şura" deyilən qurum parlament seçkiləri ilə bağlı sessiya keçirib. Amma namizədlərin müəyyənləşdirilməsində ortaq məxrəcə gələ bilməyiblər. Ziddiyətlər nə ilə izah oluna bilər?

- "Milli Şura"da təmsil olunanların hamısı "mənəm-mənəm" deyərək biri digərini bəyənmir. Əgər "Milli Şura"da təmsil olunanların hər biri özünü yüksək mənsəb sahibi hesab edirsə, onda orada heç vaxt ümumi rəy alına bilməz. Bunun da səbəbi həmin qurumda təmsil olunan şəxslərin xüsusi ambisiyalarının olması ilə bağldır. Ümumiyyətlə, belə qurumların dağılması labüddür. Çünki cəmiyyət onları qəbul etmir.

- Maraqlıdır ki,139 nəfərin iştirakı ilə yaradılan "Milli Şura" budəfəki sesiyasında cəmi 21 nəfərlə iclas keçirib. Bu quruma inamsızlıq Əli Kərimli və Cəmil Həsənlinin siyasətinə etirazla bağlı ola bilərmi?

- Yaradılan zaman bəlli idi ki, "Milli Şura" deyilən qrumun ömrü uzun olmayacaq. Əgər "Milli Şura" 139 nəfərdən 21 nəfərə enibsə, sözsüz ki, yaxın zamanlarda 21 nəfərdən 5-6 nəfərə enərək rüsvayçı bir vəziyyətə düşəcəkdir. Bu gün "Milli Şura" deyilən bir qurum faktiki olaraq yoxdur. Sadəcə olaraq, orada təmsil olunan şəxslər bu reallığı qəbul etmək istəmirlər.

- "Milli Şura" ilə yanaşı Müsavat və eləcə də digər müxalif bloklar və qurumlar arasında parlamet seçkilərinə hazırlıq çox zəif və sönük keçir. Müxalifətin bu fəaliyyətsizliyi onların özlərinin- özlərinə olan həm də inamsızlığı ilə də bağlı olduğunu demək olarmı?

- Müxalifət partiya rəhbərləri tərəfindən yaradılan blok və qurumların tez bir zamanda dağılması birbaşa müxalifətin zəifliyindən və gücsüzlüyündən xəbər verir. O cümlədən də, müxalifətin bugünkü param-parça olmasının əsas səbəbi müxalifətin özlərinin-özlərinə inamsızlığı və biri-birinə qarşı olan düşməncilik münasiblərindən irəli gəlir. Demək olar ki, müxalifət partiyalarına rəhbərlik edən sədrlər biri digərini məhv etmək üçün əlindən gələni edir. Belə olan halda, müxalif partiyaların dağılması gözləniləndir.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib