Arzu Nağıyev: "Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi bütün beynəlxalq təşkilatlar tərəfindən tanınırsa, erməni icmasının statusu nə ola bilər?"
Müsahibimiz politoloq Arzu Nağıyevdir
- Arzu müəllim, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri bəyan edib ki, Ermənistanla Azərbaycan gələcək üçün əməkdaşlıq yollarını axtarmalıdırlar. Dağlıq Qarabağ münaqişəsi tam həllini tapmadan düşmən ölkə ilə nə dərəcədə əməkdaşlıq qurula bilər ki?
- ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik belə bir bəyanatla əvvəllər də çıxış edib və onun əsas fikri xalq diplomatiyası kimi icmaların görüşünü təklif etməkdir. Burada da bir sıra məqamlar var. Yəni Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi bütün beynəlxalq təşkilatlar tərəfindən tanınırsa, erməni icmasının statusu nə ola bilər? Digər tərəfdən Serj Sarkisyan və onun komandası buna heç vaxt razılıq verə bilməz. Çünki bu, artıq onun və cinayətkar komandanın sonu deməkdir. Düşünürəm ki, bu bəyanatlar münaqişənin həlli istiqamətində heç bir müsbət rol oynamayacaq.
- Demək olarmı ki, həmsədrlər yalnız mənasız bəyanatlar verməklə işlərini yekunlaşdırmış hesab edirlər?
- Bəli, demək olar. ATƏT-in Minsk Qrupunun verdiyi deklorativ bəyanatlar, nəhayət, öz məntiqi sonluqlarına çatdı. Göründüyü kimi, nüfuz davasından başlamış, öz dövlətlərinin münaqişəyə münasibətinə qədər bariz bir misal nümayiş etdirdilər. Eyni zamanda. AŞPA-nın da qərarlarının dəyişdirilməsinə nail oldular. Təbii ki, digər dövlətlərin də rolu az olmadı, lakin əsas məqam Minsk Qrupunun bəyanatı ilə tamamlandı.
- Məlumatlara görə, həmsədrlər regiona səfərə hazırlaşırlar. Bu səfərdən gözləntilər nədən ibarə ola bilər?
- Düşünürəm ki, boş "turist" səfərlərimdənsə, real bir iş görmək daha yaxşı olardı. Bu gün səfərlər etməklə, monitorinqlər keçirməklə Madrid prinsiplərində göstərilən müddəalar həll edilmir. Ona görə də ATƏT-in geniş tərkibli bir toplantısı keçirilməli və məhz bu suallara aydınlıq gətirilməlidir. Çünki istər Avropa, istərsə də ümumiyyətlə, Qərb münaqişənin bu qədər uzanmasında və status-kvonun saxlanmasında maraqlı olmamalıdırlar. İlk öncə təhlükəsizlik baxımından bu, həll edilməlidir, çünki iqtisadi cəhətdən belə bir çətin vaxtda mühüm layihələrin həyata keçirilməsi üçün ən önəmli məsələdir. Eyni zamanda, ATƏT kimi bir qurumun nüfuz məsələsi ortadadır, bu məsələnin həllinə ciddi yanaşmamaq bu nüfuza ağır bir zərbə vurur. Səfər məsələsinə gəldikdə isə bu hesabat səfəri olsa idi, daha vacib olardı.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib