MİA

  • 17 865

İnsan hüquq və azadlıqlarının müdafiəsi

image

Milli və ümumbəşəriliyin vəhdətini özündə əks etdirən Azərbaycan Konstitusiyası dünyanın bütün demokratik ölkələrinin təcrübəsinə əsaslanmaqla yanaşı, həm də milli xüsusiyyətləri də nəzərə almışdır. Ulu Öndər Heydər Əliyev hələ konstitusiya layihəsinin hazırlanması zamanı bu cəhətləri xüsusi diqqətdə saxlayırdı: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplə, əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".

Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapan hüquq və azadlıqların demokratik konvensiyasını dünyanın qabaqcıl ölkələrinin konstitusiyaları ilə müqayisə edək. ABŞ Konstitusiyasında insan hüquq və azadlıqlarına liberal münasibət öz əksini tapıb. ABŞ Konstitusiyasının "Hüquqlar haqqında Bill"inə görə, ABŞ Konstitusiyasında dəyişikliklər edilmişdir. Hələ 1791-ci ildə ABŞ Konqresi tərəfindən ratifikasiya edilmiş sənədə əsasən, 7 düzəliş, bilavasitə insan hüquq və azadlıqlarına aiddir. Almaniya Konstitusiyasında göstərilir ki, insanın şərəf və ləyaqəti toxunulmazdır. Bu ölkənin əsas qanununda vətəndaşların şəxsi, siyasi hüquq və azadlıqları ilə yanaşı, geniş sosial-iqtisadi və sosial-mədəni hüquqları da təsbit olunmuşdur. Fransa Konstitusiyasında insan hüquq və azadlıqlarının müdafiəsinə Konstitusiya Şurası nəzarət edir. Fransada digər nəzarət formaları vətəndaşların şikayətləri və digər yurisdiksiyalı orqanlar tərəfindən həyata keçirilən nəzarət formaları mövcuddur. Yaponiya Konstitusiyasında əsas yeri insanların təbii hüquqlar konstitusiyası dövlət tərəfindən təminat verilməsi şəxsiyyətinin hüquq və azadlıqlarının həyata keçirilməsi cəmiyyətin rolu ilə əlaqələndirilir. Yaponiya Konstitusiyasında ənənəvi siyasi hüquqlarla yanaşı (seçki hüququ, birləşmə hüququ, yığıncaqlar, söz, mətbuat azadlığı və s.) digər siyasi hüquqlar da təsbit olunur. Yaponiya Konstitusiyası internet saytda göstərilir ki, xalqın, dövlətin vəzifəsi şəxslərini seçmək və onları vəzifədən kənarlaşdırmaq hüququ, dinc petisiyalarla müraciət etmək, qanunlarda düzəliş etmək və onların ləğv etmək hüququ, yaşamaq hüququ, digər şəxsi azadlıqlarla təminat verilir. Burada azadlıq və xoşbəxliyə can atmaq, vicdan azadlığı hüququ, dövlətin və vəzifəli şəxslərin qanunsuz hərəkətlərindən zərərin ödənilməsi hüququ və s. digər şəxsi hüquqlar təsbit edilir.
Beləliklə, Azərbaycan Respublikası Konstitusiyası özündə dünya və ölkə təcrübçsini əks etdirərək islahatlar yolu ilə onu daha da təkmilləşdirir. Əli Hüsunli haqlı olaraq yazır: "Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə, ilk növbədə, siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyələnir. Ulu Öndərin müəllifi olduğu Konstitusiyanın qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsini əks etdirən hadisə idi".
İlham Əliyev Cənablarının həyata keçirdiyi möhtəşəm islahatlar nəticəsində aşağıdakı istiqamətlərdə böyük, əzəmətli uğurlar əldə olunmuşdur:
Demokratik vətəndvş cəmiyyəti, hüquqi ıə dünyəvi dövlət quruculuğu konstitusiyası;
Bazar münasibətlərinə əsaslanan güclü iqtisadiyyat;
Balanslaşdırılmış xarici siyasət;
Azərbaycanın milli təhlükəsizliyinin sabitliyinin, milli birliyinin təmin edilməsi;
Azərbaycançılıq məfkurəsinə əsaslanan milli-mənəvi dəyərlər, tolerantlıq, multukulturalizmin keçirilməsi;
İnsan hüquq və azadlıqlarının, humanizm prinsiplərinin ali dəyərlər kimi qorunması;
Konstitusiya nəzarət institutunun gücləndirilməsi;
Sülh, əmin-amanlıq, dinc yanaşı yaşamaq prinsipləri;
Sosial mənafeyinin yüksək quruculuğu, insanın mənafeyinin yüksək tutulması;
Konstitusiya qanunlarının möhkəmləndirilməsi bugünkü Azərbaycan reallıqlarını səciyyələndirən əsas amillərə çervilmişdir.
Bu gün Azərbaycanda Konstitusiya İslahatları insan hüquq və azadlıqlarının yeni şəraitdə təkmilləşdirilməsi üçün zəruri tələb və sosial sifarişin təzahür forması kimi özünü göstərir. Əli Hüseynli, haqlı olaraq qeyd edir ki, "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət idarəetməsinin cəmiyyət üzvlərinin maraqları çərçivəsində həyata keçirilməsinin təmin olunması istiqamətində prinsipial addımların atılması xüsusi nəzarətdə saxlayır.
Azərbaycanda həyata keçirilən inzibati islahatların başlıca hədəfi idarəetmənin cəmiyyətin gözləntilərinə cavab verməsini təmin etməkdən ibarətdir".
"Azərbaycan dövləti sosial dövlətdir, çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır", "Bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat rifah içində yaşaması bizim başlıca borcumuzdur" fikirlərinin müəllifi olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dövlət siyasətinin təməlində vətəndaş mövqeyinin əhəmiyyətini vurğulamaqla, cəmiyyətdə hər bir vətəndaşın, hər bir insanın qənaətə gəldiyi rəyə dövlətin münasibətinin hiss edilməsini bildirmişdir. "Ümumiyyətlə, Azərbaycanda dövlətçiliyin güclənməsini cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş təşəbbüs hesab etmək olar. Azərbaycan Respublikasında islahatların başlıca istiqamətini cəmiyyət üzvlərinin maraqlarına cavab verən, onların istək və tələblərini dəqiqliklə nəzərə ala bilən dövlət-idarəetmə sisteminin yaradılması təşkil edir. Vətəndaşlara göstərilən dövlət xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi də demokratik islahatların vacib istiqamətlərindən birini təşkil edir".
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına müraciətində ölkədə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində qazanılan uğurlar haqqında belə demişdir: "Keçən illər ərzində konstitusiya humanist, dinamik və realist bir sənəd olduğunu sübut etmişdir. Onun əhatə etdiyi bütün sahələrdə hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, siyasi həyatın demokratikləşdirilməsi, insan haqlarının və azadlıqlarının təmin olunması və sair ilə bağlı mühüm irəliləyişlər baş verir. Ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir, vətəndaşarın milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev insan hüquq və azadlıqlarının müdafiəsi üçün mühüm islahatlar aparır:
Hakimiyyət bugunkü sistemində mühüm yer tutan məhkəmə hakimiyyətini gücləndirilir, qanunun aliliyi reallığa çevrilir;
İnformasiya sahəsində ciddi tədbirlər görülür;
Dövlət, şəxsiyyət və cəmiyyətin qarlışıqlı münasibətləri daha da möhkəmləndirilr;
Seçmək və seçilmək hüququnun demokratikliyinin gücləndirilməsi həyata keçirilir. Təkcə 2016-ci ildə ölkə Prezidenti İlham Əliyevin Cərəncamı ilə aşağıdakı islahatlar reallaşdı: "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" "Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə" Sərəncam Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" 2016-ci il 26 iyul tarixdi Sərəncamı.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər