Nəsimi rayonunda da bələdiyyə seçkiləri yüksək səviyyədə keçirildi
Dünən ölkədə növbəti - üçüncü dəfə bələdiyyə seçkiləri keçirildi. Azərbaycanın hər yerində yüksək seçici fəallığı ilə keçən bələdiyyə seçkilərini beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri ilə yanaşı, yerli müşahidəçilər də izlədilər. Xatırladaq ki, rayonda 3 seçki dairəsi - 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi - Səbail seçki dairələri yerləşir. Bu dairələr üzrə seçicilər 88 seçki məntəqəsində səs verdilər.
22 saylı Nəsimi II seçki dairəsinin 23 saylı seçki məntəqəsinin sədri Rəna Nəsibova seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və demokratik standartlara tam cavab verdiyini bildirdi.
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 16 saylı seçki məntəqəsinin sədri İlqar Tağıyev bildirdi ki, insanlar seçkidə aktiv iştirak edir. Bu da, onu göstərir ki, seçicilər öz vətəndaşlıq borcunu daha dərindən dərk edir, dövlətimizin taleyüklü məsələlərində iştirak edir.
21 saylı Nəsimi II seçki dairəsinin 22 saylı seçki məntəqəsinin sədri Cahangir Məmmədov ölkədə azad və demokratik keçirilən seçkiləri ölkəmizin inkişafı tarixində növbəti əlamətdar hadisə olduğunu qeyd etdi.
23 saylı Nəsimi-Səbail II 17 saylı seçki məntəqəsinin sədri Sədaqət Həsənova vurğuladı ki, məntəqədə yüksək seçici fəallığı müşahidə olundu. Bu da, onu deməyə əsas verir ki, ölkədə seçki prosesi qayda-qanunlara uyğun şəkildə həyata keçirilir.
23 saylı Nəsimi II seçki dairəsinin 15 saylı seçki məntəqəsinin sədri Əlsəfa Əliyev də, öz növbəsində, bildirdi ki, keçən seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də insanların aktivliyi hiss olunur.
Seçicilərdən Bəhram Nəbiyev bildirdi ki, ölkədə seçkilərin yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Bu da, onu göstərir ki, doğrudan da, biz azad, demokratik bir ölkədə yaşayırıq.
21 saylı Nəsimi Seçki Dairəsinin sədri Məhsəti Ağayeva, 22 saylı Nəsimi ikinci Seçki Dairəsinin sədri Vaqif Qasımov və 23 saylı Nəsimi - Səbail Seçki Dairəsinin sədri Ağabala Quliyev də dairə üzrə seçkilərin demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradıldığını vurğuladılar: "Azərbaycanın hər yerində olduğu kimi, bu dairələr üzrə də səvermə prosesinə saat 08:00 - da qutuların açılması ilə start verildi. Hər bir seçkidə olduğu kimi, bu dəfə də seçici aktivliyi nümayiş olundu".
Yuxarıda qeyd olunan məntəqələrdə səsvermənin gedişini izləyən-ABŞ səfirliyinin nümayəndələri Lu Donant və Sabistrano Norm, Avropa Şurasının müşahidəçiləri Bozauz Juan Filips Qayə Doğanoğlu, "Press Nyu-Trend"dən Viktoriya Javoçonkova və digər müşahidəçilər seçkinin gedişatından razı qaldıqlarını xüsusi vurğuladılar.
23 saylı Nəsimi II seçki dairəsinin 14 saylı seçki məntəqəsinin sədri Dilşad Əsgərova məntəqədə səsvermənin gedişi zamanı heç bir qanun pozuntusu müşahidə edilmədiyini vurğuladı. Bildirdi ki, seçici fəallığı qənaətbəxş səviyyədədir: "Seçkilərin yüksək səviyyədə təşkil olunması üçün hər cür şəraitin yaradılıb.
22 saylı Nəsimi II seçki dairəsinin 24 saylı seçki məntəqəsinin sədri Kəmalə Qədirova, məntəqədə seçkilərin gedişini izləyən müşahidəçilər-BAXCP-dən Təranə Həsənova, Vətəndaş Birliyi Partiyasından Nazimə Zeynalova, Yeni Azərbaycan Partiyasından Gülsənəm Bayramova ümumi prosesdən razılıqlarını ifadə etdilər.
23 saylı Nəsimi-Səbail 13 saylı seçki məntəqəsinin sədri Zeynəb Hacıyeva, 23 saylı Nəsimi II seçki dairəsinin 3 saylı seçki məntəqəsinin sədri Gülüstan Ağazadə, 23 saylı Nəsimi II seçki dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Sevinc Budaqova da məntəqələrdə seçici əhval-ruhiyyəsinin yüksək olduğunu vurğuladılar. Bildirdilər ki, yerli və xarici müşahidəçilərin nəzarəti ilə keçən budəfəki seçkilərdə də seçici aktivliyi müşahidə olundu. Həmçinin, heç bir qanun pozuntusuna yol verilmədi.
Müşahidəçilərdən-BAXCP-dən Elmira Mahmudova, VHP-dən Vəfa Əliyeva, "Elin səsi" Müstəqil Araşdırmalar Mərkəzindən Sima Mehdiyeva, Rəhman Atayev, Vətəndaş Həmrəyliyi Partiyasından Balabacı Mirzəyeva da səs verən seçicilərə təzyiq olunmadığını, eyni zamanda, qanun pozuntusuna rast gəlmədiklərini bildirdilər.
Böyük Quruluş Partiyasından Zakir Əliyev, bitərəf Bəhruz Cəfərov da təmsil olunduqları məntəqələrdə baş verən prosesdən razı qaldıqlarını bildirdilər. Onlar əhalinin fəallığına dəqqəti çəkərək, ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də yüksək seçici fəallığının müşahidə olunması xüsusi vurğuladılar: "Bu, onu göstərir ki, hər bir vətəndaşımız öz vətəndaşlıq borcunu daha dərindən dərk edir, dövlətimizin taleyüklü məsələlərində özünün də iştirakını vacib sayır".
23 saylı Nəsimi-Səbail 18 saylı seçki məntəqəsinin sədri Nəsib Musayev seçkilərin gedişinin qənaətbəxş oduğunu vurğuladı. Bildirdi ki, seçkilər çox yüksək səviyyədə təşkil olunub və seçicilərin azad, müstəqil şəkildə istədikləri namizədə səs verməsi üçün hər cür şərait yaradılıb: "Seçici fəallığını da yüksək qiymətləndirirəm. Buraya xarici müşahidəçilər də gəlmişdi və onlar da prosesin təşkilindən razılıqlarını bildirdilər. Ümumiyyətlə,bizim məntəqəmizdə 1364 seçici qeydiyyatdadır".
"Ümid" Partiyasından Elçin Mahmudov seçkilərin yüksək tələblərə cavab verdiyini və heç bir qanun pozuntusu müşahidə etmədiyini vurğuladı. O bildirdi ki, bütün proses qayda-qanunlara uyğun şəkildə həyata keçirilir.
Seçici Nazir Əsədov artıq ikinci dəfə bələdiyyə seçkilərində iştirak etdiyini söylədi. Bildirdi ki, vətəndaş kimi, səs verdiyim namizədlərdən artıq fəaliyyət gözləyirəm: "İnanıram ki, növbəti 5 il bələdiyyələrin gələcək fəaliyyətində uğurlu bir dövr kimi yadda qalacaq".