PDF Oxu

Əsas

  • 9

Yevlaxda “Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar” mövzusunda konfrans başlayıb

Yevlaxda “Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar” mövzusunda konfrans başlayıb
Dünən Yevlax şəhərində yerləşən Elekton Kitabxanın akt zalında Azərbaycan Mətbuat Şurası tərəfindən "Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar" mövzusunda konfrans öz işinə başlayıb.
SİA-nin tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, konfransda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və İdarə Heyətinin üzvləri, Azərbaycan Respublikasının Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sədri Vüqar Səfərli, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanda gündəlik nəşr olunan aparıcı qəzet və informasiya agentliyinin baş redaktorları, Yevlaxın ətraf rayonunda yerləşən 15-ə yaxın qəzetlərinin rəhbərləri, yerli polis və məhkəmə orqanlarının təmsilçiləri, habelə ictimaiyyət nümayəndələrinin və tanınmış media ekspertləri iştirak edirlər.
Məlumata görə, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, "Səs" qəzetinin baş redaktoru və eyniadlı agentliyin baş direktoru Bəhruz Quliyev, "Olaylar" İnformasiya Agentliyinin direktoru Yunus Oğuz, APA-nın baş direktoru Vüsalə Mahirqızı, Mətbuat Şurasının "reket" qəzetlərlə mübarizə komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "AzerNews" qəzetinin baş direktoru Fazil Abbasov ölkədə medianın vəziyyəti və qarşıda duran məsələlərlə bağlı ətraflı çıxış ediblər. Hazırda konfrans ekspert çıxışları ilə davam edir. Mətbuat Şurasının KİVDF-nin maliyyə yardımı ilə reallaşdırdığı layihə çərçivəsində baş tutan tədbirdə regional KİV-lərin vəziyyəti, onların artan ictimai tələbatlara adekvat münasibətinin formaları, bölgə qəzetlərinin maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişləndirilməsi, ölkənin aparıcı mətbu nəşrlərində region həyatının işıqlandırılması xüsusiyyətləri və s. istiqamətlərdə məruzələr səslənəcək, mövzular ətrafında fikir mübadilələri aparılıcaq.
Toplantının proqramına KİV-lərin yerli icra, polis və məhkəmə orqanları ilə qarşılıqlı münasibətləri, informasiya mübadiləsi prosesindəki nəzərə çarpan neqativ və pozitiv cəhətlərin müzakirəsi də daxildir. Konfrans çərçivəsində həmçinin bölgə KİV-lərinin təmsilçiləri üçün seminarların təşkili nəzərdə tutulur. Seminarlar jurnalistlərin peşə etikası, ilk mənbədən informasiya almaları, dövlət dəstəyi və onun mahiyyəti, KİV-lərin biznes qurumları kimi formalaşmasında sosial məsuliyyət amili və digər mövzuları əhatə edəcək. Qeyd edək ki, konfrans dekabrın 23-də başa çatacaq.

Digər xəbərlər