PDF Oxu

Əsas

  • 13

Əsrin əfsanəyə çevrilmiş lideri

Əsrin əfsanəyə çevrilmiş lideri

Ümummilli Liderimizin dünyasını dəyişməsindən altı il keçir. Onun vəfatı dünya azərbaycanlıları, dünyanın bütün sülhsevər insanları tərəfindən böyük itki olaraq dəyərləndirilir. Heydər Əliyevin ölməz əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı qadınlar məclisinin sədr müavini Rəfiqə Məmmədova:

- Dekabrın 12-si Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin vəfatı günüdür. Bütün varlığı ilə Azərbaycana və azərbaycançılığın inkişafına xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi. Öz ideyaları ətrafında xalqımızı birləşdirən Heydər Əliyevin müqəddəs ruhu bu gün bizi bütövləşdirir və mətinləşdirir. Bütöv və mətin olmasaq, Heydər Əliyev ideyalarını yaşada bilmərik. Mətin olmaq üçün isə ən azı Heydər Əliyev ideyalarının mahiyyətini dərk etməyə çalışmalıyıq.
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 35 il ərzində dövlətçilik tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Ümummilli Liderimiz, azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Ulu Öndər Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.
Heydər Əliyev görkəmli dövlət xadimi, Ümummilli Lider kimi bütün millət tərəfindən tərəddüdsüz qəbul edilən, hələ sağlığında əfsanələşən, ürəklərdə özünə əbədi heykəl ucaldan bir şəxsiyyətdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər ərzində, o cümlədən, müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 il ərzində həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etdiyini, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanılan böyük uğurların memarı olduğunu görmək çətin deyil.
1993-cü ildən bu günə kimi müstəqil Azərbaycan dövləti, sözün həqiqi mənasında, sürətli, dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır. Qısa zaman kəsiyində Azərbaycan siyasi çəkisinə və iqtisadi inkişaf tempinə görə, dünyanın ən önəmli ölkələri sırasına daxil olub. Təbii ki, bütün bunların arxasında təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu uğurlu siyasətin davamçısı olan ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi alternativi olmayan siyasi kurs dayanır. Bu siyasi kurs Azərbaycana, xalqımıza yalnız uğur gətirir, milli maraqlarımızı yetərincə qoruyur və xoşbəxt gələcəyə təminat verir. Ömrünü xalqının firavan yaşamasına həsr etmiş, dünya miqyasında tanınan və hörmətlə yad edilən Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında əbədi olaraq yaşayır və yaşayacaq.

Digər xəbərlər