PDF Oxu

Əsas

  • 18

“Səs” və SİA-nın redaksiyasında Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib

“Səs” və SİA-nın redaksiyasında Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib
Dünən "Səs" qəzeti və "Səs" İnformasiya Agentliyinin (SİA) redaksiyasında Azərbaycanın Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən "Səs" qəzetinin baş redaktoru və SİA-nın baş direktoru Bəhruz Quliyev milli mətbuatımızın yaranmasının 134 illiyi münasibətilə bütün kollektivi təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Bu işdə jurnalistlərə möhkəm iradə, səbr arzulayan B.Quliyev hazırda ölkəmizdə mətbuata göstərilən diqqət və qayğıdan danışıb. Onun sözlərinə görə, milli mətbuatımız 134 il əvvəl yaransa da, Azərbaycanda media sahəsi xüsusilə 1993-94-cü illərdən sonra inkişaf etməyə başlayıb. Baş redaktor mətbuatın inkişafında ümummilli lider Heydər Əliyevin atdığı addımları, xüsusən qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulmasını çox mühüm təkan adlandırıb. B.Quliyev hazırda da prezident İlham Əliyev tərəfindən qələm sahiblərinə eyni dərəcədə diqqət və qayğı göstərildiyini qeyd edib.
Tədbirin davamında bir neçə jurnalist uğurlu fəaliyyətinə görə diplomla təltif edilib. Bundan əlavə, kollektivin bütün üzvlərinə pul mükafatları verilib.

Digər xəbərlər