Ulu öndər Heydər Əliyevin ilk siyasi hakimiyyətə gəlişi Azərbaycanın intibah dövrünün başlanğıcıdır
Ölkənin hər yerində olduğu kimi, 14 iyul 2009-cu il tarixdə Mingəçevir şəhərində də ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 40 illiyi münasibəti ilə Mingəçevir şəhər icra hakimiyyəti Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı ilə birlikdə "14 iyul 1969-cu il Azərbaycanın intibah dövrünün başlanğıcıdır" mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda giriş sözü ilə çıxış edən Mingəçevir şəhər icra hakimiyyətinin başçısı M.Ağayev 1969-cu ilə qədər Azərbaycan SSR tərkibindəki digər respublikalardan iqtisadi-sosial göstəricilərinə görə geridə qalan aqrar bir respublikası olduğunu bildirdi. Buna görə də, Azərbaycanda ciddi dəyişikliyə ehtiyac olduğunu qeyd edən icra başçısı rəhbərlikdə dəyişiklik olmasaydı, Azərbaycanın böyük bələlara düçar olacağını qeyd etdi: "Məhz Azərbaycanın belə bir vaxtında ümummili lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. 1969-cu ildə Azərbaycan KP-nin avqust plenumunda ulu öndər Heydər Əliyev dərin məzmunlu çıxış edərək, Azərbaycanın düşdüyü vəziyyəti geniş təhlilini vermiş və kəskin tənqid etmişdir. Onun bu çıxışı SSRİ-nin MK-da birmənalı qarşılanmadı. Bu çıxışla tanış olan xalq gördü ki, artıq Azərbaycanın rəhbərliyinə vətənini, xalqını sevən, mübarizə aparan, qətiyyətli bir şəxs gəlib. Xalqın dərin sevgisi ilə əhatə olunan ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə əldə edilən sosial-iqtisadi uğurlar bundan sonra da geniş şəkildə vüsət almağa başladı".
M.Ağayev bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı daha böyük uğurların əhatə etdiyini diqqətə çatdırdı.
YAP Mingəçevir şəhər təşkilatının idarə heyətinin üzvü Təhmasib Hüseynov "1969-1982-ci illər Azərbaycanın həyatında hərtərəfli inkişaf və tərəqqi dövrüdür", Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov "1982-ci illər ulu öndər Heydər Əliyevin Moskva həyatı dövrü Azərbaycana sevgi və qayğının təcəssümü", Mingəçevir Politexnik İnstitunun rektoru A.Hacıyev "1990-1993-cü illər tarixi şəxsiyyət Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik dövrü tariximizin xüsusi səhifəsidir", YAP Mingəçevir şəhər təşkilatının idarə heyətinin üzvü R.Kərimov "1993-2003-cü illərdə həyata keçirilən siyasət Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz edilməsinin əsasıdır", Mingəçevir şəhər icra hakimiyyəti aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Sahib Əliyev "Müasir dövrdə əldə edilən uğurlar ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarının reallaşmasının nəticəsidir" mövzularında çıxışlar ediblər.