PDF Oxu

Əsas

  • 18

“Azərbaycan Ordusu ən yüksək hərbi şəraitə malikdir”

“Azərbaycan Ordusu ən yüksək hərbi şəraitə malikdir”
Qaraheybət Təlim Mərkəzi yüksək səviyyəli beynəlxalq hərbi təlimlərin keçirildiyi bir düşərgədir. Ordumuz üçün yüksək mütəxəssis, müddətdən artıq hərbi qulluqçu və gizirlər hazırlayan məkan olan Qaraheybət düşərgəsi vaxtaşırı Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin, xarici qonaqların, ictimaiyyət nümayəndələrinin, jurnalistlərin səfər etdiyi hərbi hissədir. 28 May-Respublika günü ilə balğı Qaraheybət hərbi düşərgəsi gələn Müdafiə Nazirliyinin yüksək çinli şəxslərinin, millət vəkilləri və ictimaiyyət nümayəndələrinin, mətbuat və media əməkdaşlarının toplaşdığı məkan oldu.   
Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsinin rəisinin müşayiəti ilə jurnalistlər, deputat və ictimaiyyət nümayəndələri təlim mərkəzi ilə qiyabi tanış olmuşlar. Qonaqlara bu qurumun yaranması, fəaliyyəti, təyinatı barəsində məlumat verən polkovnik V.Məmmədov bir müddət əvvəl burada keçirilmiş beynəlxalq "Regional cavab-2009" təlimlərində mərkəzin baza və altqurum rolu barədə ətraflı məlumt vermişdir. O qeyd etmişdir ki, digər təlimlərlə yanaşı həm də,  səhra təlimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş mərkəzdə hərbçilərin məişət şəraitinin, taktiki-texniki sinif otaqlarının, yataq və yemək yerlərinin, atış məntəqələrinin yüksək səviyyədə olması  ABŞ-ın Avropa qüvvələri üzrə komandanı da təsdiqləyib. İdarə rəisi həmçinin, hazırda Qaraheybət Təlim Mərkəzinə cavabdeh olan şəxsin  polkovnik Kamal Məmmədov olduğunu da qonaqların diqqətinə çatdırdı.
Milli Məclisinin deputatı Aydın Mirzəzadənin ictimaiyyət nümayəndələrinin və jurnalistlərin hərbi düşərgədə mövcud olan hərbi texnika və silah-sursartlı tanış olması üçün bütün zəruri tədbirlərin görüldüyünü qeyd edən polkovnik orduda olan nizam-intizamdan da söz açdı. A.Mirzəzadə və qonaqlar qərargahdan başlayan ilk əyani tanışlıqdan sonra şəxsi heyətin sıra hazırlığı məşqlərinə baxış keçirdilər. Qonaqlar, həmçinin, şəxsi heyətin yataq otaqlarına da baxış keçirdilər. Hərbiçilər üçün yaradılan şəraitdən məmnunluğunu ifadə edən A.Mirzəzadə keçmiş hərbi xidmətini xatırlayaraq, dövrünün ən güclüsü hesab edilən sovet ordusunda da belə bir şəraiti görmədiyini bildirdi.
Öz növbəsində polkovnik V.Məmmədov əlavə etdi ki, müdafiə nazirinin qayğısı və tələbləri sayəsində hərbçi şəxsiyyətinin formalaşması prinsipi uğrunda hərtərəfli iş aparılır. Milli Məclisin üzvü A.Mirzəzadə hərbiçilərin dərs otaqlarındakı əyani vəsaitlər, texniki qurğular, ixtisas hazırlığı barəsində maraqlandı və ona bu istiqamətdə ətraflı məlumat verildi. Daha sonra qonaqlar hərbi düşərgənin tibb məntəqəsində  oldularl. Burada xəstə olmasa da, yaradılmış şərait göz oxşayırdı. Tibb xidməti rəisi məlumat verdi ki, hazırda müalicə olunan və sağlamlığından hər hansı bir şikayəti olan hərbiçi yoxdur. Əsgər yeməkxanasına baş çəkən qoanlar burada yaradılmış münbit şəraitin də şahidi oldular. Əsgər mətbəxdə yüksək standartlara uyğun yeməyin hazırlanmasından çox razı qalan deputat A.Mirzəzadə burada qadın aşbazların, mülki işçilərin olmasını müsbət qiymətləndirdi. Burada həmçinin, digər ərzaq məmulatlarının saxlanması şəraiti ilə tanış olduqdan sonra qonaqlar, hamam-camaşırxanadakı yüksək zövqlü təmizlik, göz oxşayan səliqə-sahman mərkəzdə yüksək gigiyena kriteriyalarının olmasından xəbərdar oldular.

Digər xəbərlər