PDF Oxu

Əsas

  • 13

Ulu öndər Heydər Əliyevin 86-cı ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

Ulu öndər Heydər Əliyevin 86-cı ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib
Gənc Vətənpərvərlər Birliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirib. Öncə tədbir iştirakçıları, GVB-nin yerli şöbələri, dayaq mərkəzlərin sədrləri, idmançılar, məşqçilər, QHT və KİV nümayəndələri ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edərək, dahi öndərin xatirəsini yad ediblər.
Seminarı açıq elan edən GVB-nin sədri, Müqamət Əliyev ulu öndər Heydər Əliyevin uğurlu siyasi fəaliyyəti barədə danışmış, Onun öz ömrünü Azərbaycan xalqına həsr etdiyini vurğulamışdır. Heydər Əliyevin doğma Azərbaycanı ən ağır günlərdə xilas etdiyini, müstəqil dövlət kimi bütün dünyada tanıtdığını və ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutumasında əvəzsiz xidmətlər göstərdiyini bir daha xatırlatmışdır. O, qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev xalqın xahişi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanda sabitlik yaratdı, nizami ordumuz yarandı və atəşkəs bərpa olundu. Təşkilatı məsələlər həllini tapdı, pərakəndə şəkildə fəaliyyət göstərən ictimai təşkilatlar, idman federasiyaları bir araya gətirildi, Gənclər və İdman Nazirliyi təşkil edildi. Bildirdi ki, Heydər Əliyevin təşəbbüsü ilə Milli Olimpiya Komitəsi yarandı və 1997-ci ildə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul olundu.
Daha sonra dövlət gənclər siyasəti nəticəsində, ilk olaraq 1996-cı ildə gənclər forumunun keçirildiyini diqqətə çatdırdı. Bununla yanaşı, orduda aparılan islahatlar nəticəsində, ordumuzun beynəlxalq ordu standartlarına cavab verməsi, ölkəmizin hüquqi sivil dövlətə çevrilməsi, vətəndaş cəmiyyətinin qurulması, söz, mətbuat azadlığı və s. islahatlar dövlət qurucusu, xalqın sevimli oğlu ulu öndər tərəfindən həyata keçirildi. "Hazırda həmin siyasi kursu Heydər Əliyevin layiqli davamçısı, xalqımızın vətənpərvər oğlu Prezident İlham Əliyev həyata keçirir. Azərbaycanda quruculuq-abadlıq işlərinin geniş vüsət alması, regionların sosial, iqtisadi inkişafını nəzərdə tutan proqramların reallaşdırılması, bu və digər məsələlər Prezidentin uğurlu siyasi fəaliyyətinin nəticəsidir" deyə M.Əliyev çıxışını tamamladı.
Tədbirdə Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin və GVB-nin dayaq mərkəzinin sədri Elçin Xudaverdiyev, GVB-nin Oyama Karate Klubunun prezidenti Hamlet Əlili, məşqçilər Əziz Əşrəfov, Əbdül Abasquliyev, "Qoşa ulduz" jurnalının baş redaktoru Gülzar Namazova, "Zəfər qalası" qəzetinin baş redaktoru Natella Bayramova, prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının səlahiyyətli nümayəndəsi Mirzə Həsənov, Gənclər və İdman Nazirliyinin təmsilçisi Fuad Babayev çıxış etmişlər.

Digər xəbərlər