Əsas

  • 9 326

Siyavuş Novruzovun 46 yaşı tamam oldu

image

Dünən Yeni Azərbaycan Partiyasının yaranmasında müstəsna xidmətləri olan, YAP İcra katibinin müavini, tanınmış ictimai-siyasi xadim, millət vəkili Siyavuş Novruzovun ad günü idi. Hər zaman dövlətinin, xalqının mənafeyini müdafiə edən, dövlətçilik prinsipini daim özünə əsas amalı seçən Siyavuş Novruzovun 46 yaşı tamam olub.

Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və ali təhslində də müvəffəqiyyətə imza atıb. Hələ uşaq çağlarında idmana həvəs göstərən Siyavuş Novruzov 10 yaşından professional idmanla məşğul olaraq, sərbəst güləş üzrə idman ustası adını qazanıb. Hərbi xidmət dövrü Əfqanıstanda keçən Siyavuş Novruzov Əfqanıstan müharibəsinin iştirakçısı olub və döyüşlərdə göstərdiyi şücaətinə görə orden və medallarla təltif edilib. Daha sonra öz vətəndaş borcunu yerinə yetirmək üçün Dağlıq Qarabağa üz tutan Siyavuş Novruzov döyüşlərdə şücaəti ilə fərqlənib. Hazırda o, Qarabağ müharibəsi veteranıdır.

Ulu Öndər ideyalarının təbliğatçısı

Hələ 80-ci illərin sonlarından siyasətə qoşulan, bu yöndə sağlam addımlarını atan Siyavuş Novruzov "Əlincə" Xeyriyyə Cəmiyyətində fəaliyyətini davam etdirib. Bir çoxlarının təhdidlərinə, fikirlərinə baxamaya- raq, Ulu Öndər Heydər Əliyev siyasətinə inanan, güvənən Siyavuş müəllim Ulu Öndərin ideyalarının təbliğatçısı kimi yaddaşlarda dərin iz buraxıb. Belə ki, Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasında digər faktorlarla yanaşı məhz "Əlincə" Xeyriyyə Cəmiyyətinin rolu danılmazdır. Onun ağılı, zəkası, xalqa olan sevgisi seçiciləri tərəfindən daim qiymətləndirilib və onun artıq üçüncü dəfədir ki, millətin vəkili seçilməsinə, deputat mandatı daşımasına əsas zəmin yaradıb. Ömrünün 46 ilini arxada qoyan çox hörmətli millət vəkili ailəlidir və iki övlad atasıdır.

P.S. Biz də "SƏS" Media Qrup olaraq dəyərli millət vəkilimizi 46 yaşının tamam olması münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, ictimai-siyasi fəaliyyətində növbəti uğurlara imza atmağı, eləcə də şəxsi həyatında müvəffəqiyyətlər arzu edirik.

Digər xəbərlər