PDF Oxu

Əsas

  • 1 807

Münaqişənin tənzimlənməsi "Madrid" prinsipləri əsasında ola bilər

image

Elşad Mirbəşiroğlu: "İşğalçı Ermənistanın buna getməkdən başqa çarəsi qalmayacaqdır "

Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın digər həmsədr ölkələrlə müqayisədə daha fəal və təşəbbüslərdə çıxış etdiyi müşahidə edilir. Bu günlər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun işğal altında olan Azərbaycanın 7 rayonun boşaldılmasının vacibliyini bildirməsi də qeyd olunanlara misal ola bilər. Əksər siyasi təhlilçilər Rusiyanın bu fəallığının səmimiyyət üzərində qurulduğunu, amma daha çox öz maraqlarının təmin olunmasına hesablandığını bildirirlər.

Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında tərəflər arasında keçirilən görüşlər də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı kifayət qədə ciddi müzakirələrin aparıldığını bildirib: "Dağlıq Qarabağətrafı 7 rayonun boşaldılması istiqamətində müzakirələr aparılır. Həm Rusiya tərəfi, həm də ATƏT-in Minsk Qrupunun digər həmsədrləri bu istiqamətdə prinsipal mövqe nümayiş etdirmək niyyətindədirlər. Münaqişənin tənzimlənməsi "Madrid" prinsiplərinə əsaslanır. Yəni münaqişənin mərhələli həlli prinsipinə uyğundur. Öncə işğal altında olan rayonların qaytarılması, insanların təhlükəsizliyinin təmin olunması və Dağlıq Qarabağın statusunun sonrakı mərhələdə müəyyənləşdirilməsi kimi məsələlər dayanıb".

"Necə düşünürsünüz, Rusiyanın vassalı olan Ermənistan Sergey Lavrovun bu təklifini qəbul edəcəkmi" sualını cavablandıran E.Mirbəşiroğlu bildirib ki, Ermənistan müstəqil dövlət olmadığından, Rusiyanın üzünə ağ olması inandırıcı görünmür: "Yəni bütün hallarda Ermənistanın mövqeyini Rusiya müəyyənləşdirir. Əgər Rusiya tərəfi qəti iradə ortaya qoyarsa, onda Ermənistan özü müstəqil şəkildə hər hansı bir mövqe bildirməyəcəkdir. Bir sözlə, işğalçı Ermənistanın buna getməkdən başqa çarəsi qalmayacaqdır. Çünki Ermənistanın hazırki siyasi hakimiyyətinə, dövlətinə Rusiyanın təsir imkanları olduqca böyükdür. Dəfələrlə qeyd olunub ki, Ermənistan öz xoşu ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə getmək istəmir. Ermənistana təzyiq etmək lazımdır. Artıq bu təzyiqin əlamətləri görünür".

"Açıq şəkildə bəyan olunan bu təklif Azərbaycan və Ermənistan prezidentlərinin keçirilməsi nəzərdə tutulan görüşündə əsas müzakirə mövzusu ola bilərmi" sualına cavab olaraq politoloq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində bu və digər səviyylərdə müzakirələr aparılır: "Görüş ərəfəsində ən çox da, hansı məsələ daha çox müzakirə obyektidirsə, tərəflər də məzh o məsələ ətrafında müzakirələr aparırlar. Çox güman ki, Dağlıq Qarabağətrafı 7 rayonun boşaldılması məsələsi də prezidentlərin müzakirə edəcəyi əsas məsələ olacaq".

GÜLYANƏ

Digər xəbərlər